Manatın ucuzlaşması davam edəcək

manat116.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6124 səviyyəsində müəyyən olunub. Bu barədə  Mərkəzi Bankdan bildirilib.

Avqustun 15-də USD/AZN rəsmi məzənnəsi 1,6102 manat səviyyəsində olub.

Bu ilin 11 Mart tarixində rəsmi USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 May tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü.

Ekspertlər bildirir ki, manatın ucuzlaşması davam edəcək. Onların sözlərinə görə, hakimiyyət prosesin qarşısını almaqda artıq aciz görünür. Ekspertlər bildirir ki, dolların bahalaşmasının ümumi səbəblərindən başqa yardımçı səbəbləri də var: “Bunlardan biri əmlak bazarındakı vəziyyətlə bağlıdır. Daşınmaz əmlak sahibləri qiymətlərin ucuzlaşdığını görüb əmlaklarını satışa çıxarıblar. Əldə olunan pul isə təbii olaraq dollara çevrilir. Digər tərəfdən Neft Fondundan büdcəyə transfertlər olunur. Hazırda maliyyə bazarına dollar çıxaran əsasən Neft Fondudur. Dolların bahalaşması isə Fondun maraqlarına uyğundur. Çünki dolları manatla əvəzləyən Fond daha çox məbləğ əldə edir. Bu da büdcəyə transfertlərdə qurumun işinə yarayır”.