“Azərbaycan hakimiyyəti dərhal və qeyd-şərtsiz Natiq Cəfərli, Elşən Qasımov və Toğrul İsmayıla qarşı ittihamları ləğv etməli və onlar azad olunmalıdır”.
Bu açıqlamanı Amnesty International təşkilatı yayıb.
Açıqlamada bildirilib ki, müxalifət REAL təşkilatının üç siyasi fəalının son həbsi ölkədə ifadə və birləşmək azadlığı hüquqlarına hakimiyyət orqanlarının davamlı sərt münasibətinin göstəricisidir.