Hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı apardığı iyrənc kampaniyaya Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal Facebook səhifəsində cavab verib:
“Bizim kimi avtoritar rejimlə idarə olunan ölkələrdə iqtidar onun hakimiyyətinə real təhlükə yaradan şəxsləri və qrupları həmişə nəzarətdə saxlayır…onların fəaliyyət dairəsini maksimum daraldır..onlara qarşı qara piar kampaniyası aparır..onların özlərini və ətraflarını hər cür məhrumiyyətlərə düçar edir…onlara hər cür şər və böhtan atmaqdan çəkinmirlər… Ona görə də bu hakimiyyətin AXCP sədri..Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli Kərimliyə qarşı apardıgı və onu Gülənçilikdə ittiham etdiyi bu iyrənc kampaniyaya mən heç təəccüblənmirəm…İndəyədək Əli bəyi bir birinə zidd mövqedə olan müxtəlif dini təmayüllərə mənsub olmaqda (Əl Qaidədən tutmuş Hizbullaha,,,İŞİDdən tutmuş Nardaran hadisələrinə qədər) ittiham edən bu iqtidar ələ fürsət düşmüşkən Gülənçilikdə niyə də ittiham etməsin… Deməli bu iqtidar onun hakimiyyətinə rəqib olan real müxalifətin ünvanını hamıdan daha yaxşı bilir və göstərir…Lakin bu iqtidar texnoloqları bir şeyi yaxşı bilməlidirlər ki, Əli bəyə təzyiqlər artdıqca o daha da qətiyyətlə bu korrupsiyaçı və rüşvətxor rejimin üstünə gəlir və qüvvəsini artırır…Bu rejimə rəhbərlik edənlər bilməlidirlər ki,belə iyrənc..dövlətçilik prinsiplərinə zidd metodlarla rəqibə qarşı mübarizə aparmaq forması çoxdan sivil dünya tərəfindən qəbul edilməzdir və Azərbaycan xalqı da kimin kim oldugunu çox gözəl bilir… Sizə Gülənçi lazımdırsa uzaga getməyin və öz işlədiyiniz binada ətrafınıza baxın..Gülənçiliyin məqsədi və hədəfi hakimiyyətdir…O da sizdədir…Gülənçilər hər cür məhrumiyyətlər içində olan..repressiyaya ugrayan..çörəklə imtahana çəkilən…işgəncələr görən…işsiz qalan müxalifətlə iş birliyi niyə qurmalıdır ki? Agıllı olun Cənablar!!!”