Müxalif fəalın oğlu cərimələndi

namiqİki gün öncə müxalif və sosial şəbəkə fəalı Namiq Sadıqlının oğlu Elvin Sadıqlı Salyan rayonunda işlədiyi yerdən Salyan rayon polis işçiləri tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb. Atasının bildirdiyinə görə Elvini iki gün padvalda saxlayıblar. Yalnız bu gün Elvini 310-cu maddə ilə polisə müqavimətdə təqsirləndirərək 200 manat cərimə edərək buraxıblar və bildiriblər ki, cərimə 10 gün müddətində ödənməlidir. Namiq Sadıqlı bildirib ki, bütün bunlar onun aktiv mövqeyinə və sosial şəbəkələrdəki aktivliyinə görədir.