Azərbaycanda da Gülənlə bağlı cinayət işi başlanıb

fettulah-gulen

Azərbaycanda Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən islamçı ruhani Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində bu iş üzrə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edilib və nəticədə 240 insan həyatını itirib. Hadisədən sonra 23 mindən çox insan saxlanılıb və ya həbs edilib, 82 min dövlət qulluqçusu vəzifəsindən azad edilib.

Türkiyə prezidenti Türkiyə hökuməti çevriliş cəhdində ABŞ-da yaşayan ruhani Fətullah Güləni ittiham edir.