Çox yaşamaq istəyən, çox kitab oxusun

kitab“The İndependent” yazır ki, çox yaşamaq istəyirsinizsə, çoxlu kitab oxuyun.

Məqalədə deyilir ki, yaşı 50-ni ötmüş 3635 nəfərin iştirak etdiyi araşdırma, həftədə üç saat yarım kitab oxuyanların qarşıdan gələn 12 ildə ölməmək şansının 17 faiz artıq olduğunu müəyyənləşdirib.

Bundan daha uzun müddətdə kitab oxuyanlar üçünsə bu rəqəm, ümumiyyətlə 23 faiz olub.

Bu da bildirlir ki, kitab oxuyanların oxumayanlardan azı iki il çox yaşadıqları müəyyən edilib.

“The İndependent” yazır ki, araşdırmaçılar kitab oxumaqla uzun ömür arasındakı əlaqəni tam izah edə bilməsələr də, çoxsaylı başqa tədqiqatlar çox oxuyanların daha uğurlu, daha sağlam həyat yaşadıqlarını göstərib.

Məsələn 2008-ci ildə Britaniya həsbxanalarında aparılan sorğu göstərib ki, məhbusların 48 faizi həyatında çox az kitab oxumuş insanlardır.

Bu da geniş şəkildə bəllidir ki, uşaqlığında daha çox kitab oxuyanlar yetkin yaşlarında daha böyük gəlirə malik olurlar.

Odur ki, “Çox oxuyan, çox gəzəndən çox bilməsə də, çox yaşamağı bacarar”.