Sergey İvanov Rusiya prezidenti administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Bu barədə məlumat Kremlin saytında yerləşdirlib. Digər sərəncamla 2012-ci ildən Kreml administrasiyasının rəhbəri olan S. İvanov prezidentin təbiətin mühafizəsi fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib.
Onun yerinə Anton Vayno təyin edilib.



