Hakan Şükür və atası barəsində həbs qərarı verildi

hakan shukurTürkiyənin tanınmış futbolçusu, AKP-dən olan sabiq millət vəkili Hakan Şükür və atası  barəsində həbs qərarı çıxarılıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, Hakan Şükür “FETO” ilə əlaqələrdə ittiham olunur. Hakan Şükür və atası barəsində məhkəməyə təqdimatı Sakarya prokurorluğu verib.

Hazırda ABŞ-da olan Hakan Şükür və atası Sermet Şükür axtarışa verilib.