Eldəniz Quliyev: «Azərbaycanda kino sənəti azad deyil, onun peşəkarlıq səviyyəsi isə çox aşağıdır»
Gürcüstan Amerika Film Akademiyasının təşkil etdiyi 89-cu film festivalında bu il də iştirak edəcək. Gürcü Milli Film Mərkəzi 2017-ci ildə xarici dildə ən yaxşı film nominasiyasında “Oskar” mükafatına namizəd kimi Rusudan Glurcidzenin “Başqalarının evi” filmini göndərəcək. Film keçən ay Karlovy Vary film festivalının baş mükafatını qazanıb. Bu mükafat həm də Şərqi Avropan və keçmiş Sovet ölkələrindən olan rejissora verilən ilk mükafatdır.
Glurcidzenin filmində gürcü, abxaz, erməni, azərbaycanlı, ruslarla bərabər “Oskar” mükafatı almış “Heç kimin torpağı” filminin ulduzuÿBranko Djuricÿdə oynayır. Film Gürcüstan, Rusiya, Fransa və Xorvatiyanın kinoşirkətlərinin birgə istehsalıdır. Gürcüstan 2015-ci ildə də “Oskar” mükafatına “Xarici dildə ən yaxşı film” nominasiyasındaÿLevan Tutberidzeninÿsosial dramı “Moyra” filmini yollamışdı. Lakin film festivalın uzun siyahısına düşməmişdi.
Azərbaycanda film və seriallara ayrılan vəsaitin fonunda bizdə son illər səviyyəli iş ortaya qoyulmur. Bayağı seriallardan təngə gələn insanlar doğrudan da əsl sənət əsərinə tamaşa etmək istəyir. Lakin hazırda bu məsələ hələ də arzu olaraq qalır.
Tanınmış ziyalı, kinossenarist Eldəniz Quliyev deyir ki, film və serial çəkilişinə ayrılan pullar təyinatı üzrə xərclənmir. Onun sözlərinə görə, kino sənətindəki peşəkarlıq səviyyəsi hazırda çox aşağıdır. Problemin digər, əsas tərəfi də kino sənətinin azad olmamasıdır: “Sənət azad olmayanda, avtoritar rejimin alətinə çevriləndə nəinki ”Oskar”a film təqdim etmək, heç ölkənin sərhədindən o tərəfə keçmək mümkün olmur. Peşəkarlar, kino sənəti mütəxəssislərinin tam əksəriyyəti öz əqidəsi, amalı və siyasi mövqeyinə görə bu gün kənarda qalıb. Nəticədə, gördüyünüz mənzərə alınıb. Kino hər zaman mənəviyyatın tərkib hissəsi kimi qəbul olunub. O, bu gün təbliğat maşınına çevrilibsə, sənət əsəri yaratmaq olmaz”.
E.Quliyev kinoya ayırlan maliyyə vəsaitinin həcminin azlığı barədə səslənən fikirlərə də münasibət bildirib. Deyir ki, pulun az olması, yaxşı texniki vasitələrin olmaması yalnız bəhanədir. Bunun yaxşı nümunəsi Iran kinosudur. Iran kinosu daha az vəsaitlə çəkilsə də, son 10 ildə az qala, bütün festivallarda mükafata layiq görülüb: “Çünki Iranda kino sənətinə böyük sərbəstlik verilib və o, azaddır. Dönək özümüzün televiziya seriallarımıza baxaq. Toy operatoru quruluşçu operator kimi işləyir. Nəticədə qonşu ölkələrin yanında səviyyəli kino haqqında danışa bilmirik. Halbuki, Azərbaycan kinosu SSRI məkanına sayılan və səviyyəli əsərlər verirdi. Lakin indi kinomuz haqqında belə danışmaq olmur”.
Nigar