AXCP Xətai şöbəsi Gənclər Komitəsinin fəalı Məsud Rzalı saxlanılaraq 30 gün inzabati həbs cəzasına məhkum edilib. Bu barədə partiyadan məlumat yayıblar.
M.Rzalını polsilər Qara Qarayev metrostansiyası ətrafında saxlayıblar. Polislər onun nəyə görə saxlandığına aydınlıq gətirməyiblər. Polis bölməsində də ona saxlanmasının səbəbi deyilməyib. Yalnız məhkəmədə polisə müqavimət maddəsi ilə şərləndiyi bəlli olub. Məhkəmə bu maddə ilə ona inzibati həbs cəzası verib.
azadliq.info