Bakıda mənzildən 50 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

qizillarBakı şəhəri, Nəsimi rayonunda mənzildən külli məbləğdə pul oğurlanıb.

Məlumata görə, hadisə A.Mustafayev küçəsində qeydə alınıb. Ev 43-də yaşayan 1977-ci il təvəllüdlü Mahirə Həsənovanın mənzilindən açarseçmə yolu ilə 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. (“Report”)