Türkiyənin Afina Silahlı Qüvvələri polkovnik İlhan Yaşıtlı və polkovnik Halis Tunçun ailələri ilə birlikdə itkin düşdüyü irəli sürüb. İki polkovnikin ailələri ilə birlikdə harada olduğu barədə Afinada da hər hansı bir məlumat yoxdur. Əldə olunan məlumata görə avqustun 7-də Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan Xarici İşlər Nazirliyinə hər iki polkovnikin akreditasiyasının təxirə salınmasını istəyib. Yunanıstan tərəfi də bu tələbi yerinə yetirib. Polkovniklərin nə zaman itkin düşdüyü bilinmir. İtkin düşənlərin ailələri ilə birlikdə 8 nəfər olduğu açıqlanıb. Yunan mediası hər iki polkovnikin qiyamçılara yaxın olduğunu və ittihamlardan ehtiyat edərək özlərini gizlətdikləri iddiasını önə sürüb. Yunanıstanın Elefteros Tipos qəzeti polkovniklərin İtaliyaya qaçma ehtimallarını da irəli sürüb.
azadlıq.info



