Əliyevin Qəbələ-İsmayıllı səfəri insanları yollarda qoydu FOTO VİDEO

Ölkə başçısı İlham Əliyev avqustun 10-da Qəbələ və İsmayıllı rayonlarına səfər edib. Səfərin məqsədi bir sıra açılışlarda iştirak etmək olub.

Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən uşaq bağçasının, YAP-ın yerli təşkilatının yeni qərargahının, ASAN Xidmətin regional mərkəzinin, “Qafqaz Tufandağ Mountain Resort” otelinin, həmçinin Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun (əsaslı təmirdən sonra) açılışları olub.

İsmayıllıda isə ölkə başçısı Su Elektrik Stansiyasının və velosiped zavodunun, həmçinin Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışını edib, bir neçə obyektdə yaradılan şəraitlə tanış olub.

İ.Əliyevin səfəri ilə əlaqədar yollar ənənəvi qaydada nəqliyyatın hərəkəti üçün bağlanıb. Avtomobillərin uzun tıxacı yaranıb, insanlar saatlarla günün istisində yollarda qalıb.