Cəbhəçi gənc həbsdən çıxdı

Ruslan QarayevAXCP fəalı, 20 inzibati sutka həbs cəzasına məhkum edilmiş Ruslan Qarayev həbsdən azad edilib.

Xatırladaq ki, Ruslan Qarayev iyulun 20-dən yoxa çıxıb, 21-də onun Sumqayıt Şəhər Polis Şöbəsində saxlandığı məlum olub. Ertəsi gün ona 20 sutka inzibati həbs cəzası verildiyi haqda məlumat yayılıb.

Yaxınları gənc fəalın həbsindən bir gün əvvəl “facebook” səhifəsində keçmiş prezident Heydər Əliyevin heykəli qarşısında çəkdirdiyi fotosunu paylaşdığını və status yazdığını bildirir, həbsin səbəbini də bununla əlaqələndirirdi.