Tikiş Evi qiymət artımını dolların bahalaşması ilə əlaqələndirir
Məktəbli formalarının qiymətinin artırılacağı barədə bir müddət əvvəl yayılan məlumat təsdiqlənib. Yeni dərs ili ərəfəsində məktəbli formalarının qiyməti artırılıb. Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov “fins.az”a bildirib ki, bu il məktəbli formalarının qiyməti 7 faiz bahalaşıb.
Indi ibtidai sinifÿşagirdləri üçün forma 37 manata, yuxarı siniflər üçün isə 46 manatadır. Indiyədək isə kiçik ölçülüÿ məktəbli forması 34 manat, böyüklər üçünsə 43 manat idi.
E.Əzimov qiymət artımını manatın dəyərdən düşməsilə əlaqələndirib. Deyib ki, məktəbli formalarını tikmək üçün bütün xammal xarici əlkələrdən, əsasən də, Türkiyədən alınır: “Onlarla hesablaşmalar da ABŞ dolları iləÿ aparıldığından, dollar bahalaşdıqca alınan məhsulların qiyməti də artır. Eyni zamanda, 40 faiz gömrük və vergi rüsumları əlavə olunduqda ÿqiymət ÿxeyli yüksəlir”.
Bahalaşma təkcə məktəbli formalarının qiymətində özünü göstərməyib. Keçən ilin əvvəlindən başlayaraq manatın dollar qarşısında dəyərdən düşməsi prosesi hələ də davam edir və bu, ölkədə bütün sektorlara ciddi zərbə vurur. Iri müəssisələr, marketinq şəbəkələri özünü müflis elan edərək bazardan çəkilib. Iri sahibkarlıq müəssisələri manatın dəyərdən düşməsinə tab gətirməyərək bazarı tərk edirlər. Belə bir vəziyyətdə əhalinin əksər istehlak məhsulları və gündəlik ehtiyacı olan mallara tələbatı olduğu kimi qalsa da, qiymətlər yerində saymır. Bahalaşma dalğası artıq daxili bazarın bütün seqmentlərində baş verir. Ərzaq və qeyri-ərzaq məhsulları, daha çox tələbat olan məhsulların qiymətinin sıçrayışla artması isə əhaliyə çox ciddi problemlər yaradır.
Ölkədə baş verən bahalaşma tendensiyasının ən çox hiss olunduğu sahələrdən biri təhsil sektorudur. Çünki məktəb ləvazimatlarının az bir hissəsi istisna olmaqla, qalanları xaricdən idxal olunur. Ona görə də manatın dəyərdən düşməsilə bütün sahələrdə olduğu kimi, bu sektorda da bahalaşmanın olacağı şübhəsiz idi.
Amma əməkhaqları, pensiyalar qətiyyən bahalaşmaya adekvat deyil. Bu gün hamının ailəsində məktəbli və yaxud, tələbə var. Onların hamısının təhsilə aid əşya və geyimə ehtiyacı böyükdür. Formaların hazırkı qiyməti isə heç də bütün ailələrin büdcəsinə uyğun deyil. Onu da nəzərdən qaçırmaq olmaz ki, əksər ailələrin bir yox, bir neçə övladı məktəbdə və universitetdə təhsil alır. Onların dərsliklərə və geyimə xərclədikləri pulun necə qazanılması isə rəsmi çevrənin marağında deyil.
Bu mənada, məktəbli formalarının bahalaşması orta və kasıb təbəqənin daha ciddi problemlərlə üz-üzə qoyulması deməkdir.
Nigar