Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, aşağıdakı cütlüklər qarşılaşacaq:
“Styaua” (Rumıniya) – “Mançester Siti” (İngiltərə)
“Portu” (Portuqaliya) – “Roma” (İtaliya)
“Ayaks” (Hollandiya) – “Rostov” (Rusiya)
“Yanq Boyz” (İsveçrə) – “Borussiya” M (Almaniya)
“Vilyarreal” (İspaniya) – “Monako” (Fransa)
“Ludoqorets” (Bolqarıstan) – “Viktoriya” (Çexiya)
“Seltik” (Şotlandiya) – “Hapoel” (İsrail)
“Kopenhagen” (Danimarka) – APOEL (Kipr)
“Dandolk” (İrlandiya) – “Legiya” (Polşa)
“Dinamo” Zaqreb (Xorvatiya) – “Zalsburq” (Avstriya)
İlk oyunlar avqustun 16-17-i, cavab görüşləri avqustun 23-24-ü keçiriləcək.


