Bazarlar Dollar ilə bağlı kritik məlumatları gözləyir

dollarBu gün ABŞ-da kənd təsərrüfatı xaric (qeyri kənd təsərrüfatı) məşğulluq və işszilik məlumatları açıqlanacaqdır. “Marja” xəbər verir ki, məlumatlar Bakı vaxtı ilə saat 16:30-da yayımlanacaqdır.

İqtisadçılar İyulda məşğulluğun 175 min artacağını gözləyirlər. Məşğulluq iyun ayında 287 min artmışdı. İşsizliyin isə dəyişməyərək 4,9%-də qalacağı proqnozlaşdırılır.

Kənd təsərrüfatı xaric məşğulluq məlumatı ABŞ Mərkəzi Bankı Fed-in faiz qərarı üçün qiymətləndirdiyi əsas statistik məlumatlardan biridir. Fed-in Sentyabr və ya Dekabr ayında faiz artıracağı gözlənilir. İyul ayı məşğulluq məlumatının güclü çıxması Sentyabrda faiz artırımı ehtimalını gücləndirə bilər.

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq iki ay ardıcıl sərt hərəkətlər göstərib. Məşğulluq May ayında 11000 ilə son altı ilin ən yavaş artımını göstərmiş, İyun ayında isə 287000 ilə səkkiz ayın ən sürətli yüksəlişini həyata keçirmişdi. Ancaq iqtisadçılar, kənd təsərrüfatı xaric məşğulluğun İyul ayında 2016-ci ilin ortalamasına qayıdacağını gözləyirlər.

Məşğulluq bu ilin ilk altı ayına orta hesabla aylıq 172,000 artıb.

Əgər İyul rəqəmləri normal çıxarsa, investorlar bunu trend kimi qəbul edə bilərlər.

Əmək bazarı, digər iqtisadi göstəricilərin ABŞ iqtisadiyyatının sürət itirməkdə olduğunu göstərməsi ilə yanaşı, keçən ilki sürətini bir qədər itirib. Yavaşlayan iqtisadi artım və mötədil hala gələn məşğulluq artımları, bu il faiz artırmağa gedib getməməyi qiymətləndirən Fed rəsmilərinin qarşı-qarşıya olduğu çətinliklərə işarə edir.

Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.