Avropa Liqasında komandalarımızın rəqibləri məlum oldu

avroliqa2Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Püşkün nəticəsinə əsasən, qrup mərhələsi üçün mübarizə aparan komandalarımız – “Qarabağ” və “Qəbələ”nin də rəqibləri bəlli olub.

“Qarabağ”ın rəqibi İsveçin “Höteborq”, “Qəbələ”nin rəqibi isə Sloveniyanın “Maribor” komandası ilə olub. Hər iki komandamız ilk oyunu səfərdə keçirəcək.

“Pley-off”un ilk matçı avqustun 18-i, cavab görüşü avqustun 25-də keçiriləcək.

“Maribor” (Sloveniya) – “Qəbələ”

“Höteborq” (İsveç) – “Qarabağ”