Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Clinton Respublikaçılardan olan namizəd Donald Trampı 10 faiz səslə qabaqlayır.
«Fox News»un keçirdiyi son sorğuya görə, Clinton səslərin 49 faizini, Trump isə 39 faizini yığa bilər. Əvvəlki sorğularda bu göstərici 6-8 faiz arasında dəyişirdi.
ABŞ-da prezident seçkisi noyabrın 8-də keçiriləcək.



