merkezibank

Mərkəzi Bank 7 ayda 854 milyon dollar itirib; növbəti devalvasiya qapıda

merkezibank29.07.2016-cı il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 283,9 milyon ABŞ dolları təşkil edib.

“Marja” xəbər verir ki, bu məbləğ iyun ayının sonu ilə müqayisədə 121 milyon dollar və ya 2,9% azdır. İlin əvvəlindən indiyədək isə 853,8 milyon dollar azalıb.

Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği manatın məzənnəsinə müdaxilə baxımından əhəmiyyətlidir. Devalvasiyadan əvvəlki və sonrakı günlərdə dollara olan təlabat bu ehtiyatlar hesabına ödənilmişdi. Ehtiyatların azalması arzuolunan hal deyil.

İyulda pul bazası da azalıb. 29.07.2016-cı il tarixinə pul bazası 7 milyard 638,1 milyon manat təşkil edib. Bu məbləğ İyun ayının sonu ilə müqayisədə 51,3 milyon manat azdır.

Maliyyə böhranı başlayandan Mərkəzi Bankın valyuta ehtiyatları tükənməkdədir. Bunun səbəbi hökuməti ciddi-cəhdlə manatın dollara nisbətdə kəskin ucuzlaşmasının qarşısını almağa çalışmasıdır. Lakin ekspertlər bildirir ki, proses bu cür davam edə bilməz: “Çünki bu halda valyuta ehtiyatları tamamilə tükənə bilər ki, bu artıq iqtisadi fəlakətdir.

Hökumət istənilən halda növbəti devalvasiyaya getməlidir. Sadəcə hər devalvasiyadan sonra bahalaşmanın baş verməsi və ölkədə ciddi narazılığın yaranması hökuməti prosesi bir qədər yubatmağa vadar edir. Hazırda manat qıtlığı yaratmaq və iqtisadiyyatı kiçiltməklə manatın kəskin ucuzlaşmasının qarşısını almağa çalışırlar. Lakin bu halda belə manat hər gün cüzi də olsa da ucuzlaşır. Mayın 26-da iyul ayının sonuna qədər dollar təxminən 11-12 qəpik bahalaşıb. Bu proses davam edəcək”, – deyə ekspertlər bildirir.

Valyuta ehtiyatları

Tarix mln. ABŞ 
dolları
29.07.2016 4162,9
29.06.2016 4283,9
31.05.2016 4284,3
29.04.2016 4120,6
31.03.2016 4065.8
29.02.2016 4026.3
29.01.2016 4398,5
30.12.2015 5016,7
30.11.2015 6245.6
30.10.2015 6834.6
30.09.2015 7014.7
31.08.2015 7315.4
31.07.2015 8501.5
30.06.2015 8520.2
29.05.2015 8430.8
30.04.2015 8387.9
31.03.2015 9472.1
28.02.2015 11004.4
31.01.2015 12680.8
31.12.2014 13758.3
30.11.2014 14996.3
31.10.2014 15033.6
30.09.2014 15042.4
31.08.2014 15190.9
31.07.2014 15193.4

 Pul bazası

Tarix mln. AZN
29.07.2016 7638,1
30.06.2016 7689,4
31.05.2016 7641,6
29.04.2016 6726,1
31.03.2016 6535.8
29.02.2016 6388.5
29.01.2016 5787,4
30.12.2015 6901,8
30.11.2015 6730.6
30.10.2015 7055.9
30.09.2015 7050.4
31.08.2015 6352.1
31.07.2015 7467.5
30.06.2015 7487.0
29.05.2015 7597.3
30.04.2015 7418.6
31.03.2015 8339.4
28.02.2015 9109.9
31.01.2015 10551.0
31.12.2014 11541.9
30.11.2014 11519.7
31.10.2014 11478.0
30.09.2014 11546.5
31.08.2014 11743.6
31.07.2014 11736.5
30.06.2014 11485.2
31.05.2014 11272.2