İki reytinq təşkilatı Azərbaycanın reytinqini aşağı saldı
Nemət Əliyev: «Ölkənin kredit reytinqinin aşağı salınması Azərbaycana xaricdən vəsait cəlb edilməsinə problem yaradacaq»
Azərbaycan hökumətinin beynəlxalq təşkilatlardan kredit əldə etmək istədiyi bir zamanda nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın reytinqi ilə bağlı açıqladığı rəqəmlər heç də ürəkaçan deyil. “Standard&Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli kredit reytinqi üzrə proqnozunu “stabil”dən “neqativ”ə salıb.
Reytinqin yenilənməsi rüblük müşahidələrin bazasında Agentliyin proqramı əsasında həyata keçirilib. Agentlik Azərbaycanın kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib, proqnozun aşağı salınmasını isə ölkə iqtisadiyyatının zəifləməsi ilə əsaslandırıb.
“S&P” bildirib ki, 2016-cı ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatının inkişaf tempi Agentliyin proqnozlaşdırdığından xeyli aşağı olub. Belə ki, Agentlik daha əvvəl Azərbaycan iqtisadiyyatının 1% azalacağını proqnozlaşdırmışdı (faktiki azalmaÿ? 3,4%). Agentlik, 2016-cı ildə Azərbaycan iqtisadiyyatının 3% azalacağını, iqtisadi artımın isə 2017-ci ildə başlaya biləcəyini, bunun da böyük çətinliklərlə üzləşəcəyini ehtimal edir.
“Neqativ nəticələri ola bilər”
“S&P” Azərbaycanın zəif iqtisadi göstəricilərinin daha qabarıq üzə çıxdığını, 2017-ci ildə proqnozlaşdırdığı 3% iqtisadi artımın həyata keçməməsi halında bunun neqativ nəticələrinin olacağını xatırladıb. Agentliyin analitikləriÿhesab edirlər ki, həyat standartlarının aşağı düşməsi gələcəkdə dövlətin fiskal çevikliyini zəiflədə bilər. Çünki, hökumətin sosial və siyasi baxımdan xərcləri qaçılmazdır. Bu da öz növbəsində onsuz da həssas olan bank sisteminə əlavə yük yaradaÿbilər. Bu səbəblərə görə ÿAgentlik Azərbaycanın reytinqini aşağı sala biləcəyini qeyd edir.
“S&P” Azərbaycanda bu il ehtimal olunan 3%-lik iqtisadi geriləmənin qısamüddətli olacağını, “Şahdəniz-2″ layihəsinə xarici investisiyaların dəstəyi nəticəsində 2017-ci ildə iqtisadi artıma nail olunacağını düşünür. Agentlik 2017-ci il üçünÿ 0,8%, növbəti iki ildə isə müvafiq olaraq 3% və 4% iqtisadi artım proqnozlaşdırır.
“S&P” 2016-cı ildə Azərbaycanda 59 mlrd. manat, 2017-ci ildəÿ 64ÿ mlrd. Manat,ÿ 2018-ci ildə 71ÿ mlrd. Manat ÿvə 2019-cu ildə 77 mlrd. manat nominal ÜDM-in istehsal olunacağını ehtimal edir. ABŞ dollarında isə nominal ÜDM-i Agentlik 2016-2019-cu illərdə müvafiq olaraq 38 ÿmlrd. Manat,ÿ 41 mlrd. Manat,ÿ 45 ÿmlrd. manat və 49ÿmlrd. Manatÿ olacağını proqnozlaşdırır. Bu da Agentliyin dollarınÿ ortaillik rəsmiÿ məzənnəsinin 2016-cı ildə 1,5526ÿ AZN/USD, 2017-ci ildə 1,5609ÿ AZN/USD, 2018-ci ildə 1,5777ÿ AZN/USD, 2019-cu ildə isə 1,5714ÿ AZN/USDÿ olacağını ehtimal etdiyini göstərir.
“S&P”ÿAzərbaycanın real ixrac həcminin 2018-ci ildən etibarən artacağını qeyd edir – həmin ilÿixracda 3,8%, 2019-cu ildə 5,5% artım gözlənilir.
“Moody’s”dən də Azərbaycana mənfi reytinq
Eyni zamanda “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini təsdiqləyib. “Moody’s” agentliyinə istinadən verdiyi xəbərə görə, reytinqin yenilənməsi rüblük müşahidələrin bazasında Agentliyin proqramı əsasında həyata keçirilib.ÿ
Azərbaycan hökumətinin kredit reytinqi “Ba1″, proqnoz isə ”neqativ” müəyyən edilərək əvvəlki səviyyədə saxlanılıb.ÿ
Xatırladaq ki, “Moody’s” agentliyi Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də “Baa3″ səviyyəsindən azaldaraq ”Ba1″-ə endirib, proqnozu isə “stabil” saxlayıb. Kredit reytinqi üzrə proqnozu isə Agentlik 2016-cı il aprelin 29-da “neqativ”ə endirib.
Reytinqin bu səviyyədə göstərilməsi nə vəd edir? Azərbaycan bu göstəricilərlə investisiya cəlb edə biləcəkmi? Bundan başqa daha mühüm bir xəbərdarlıq odur ki, “Standart and Poors”un analitikləriÿ hesab edirlər ki, həyat standartlarının aşağı düşməsi gələcəkdə dövlətin fiskal çevikliyini zəiflədə bilər. Bu isə bazara müdaxilənin sona endirilməsi deməkdir.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, ölkənin kredit reytinqinin aşağı salınması Azərbaycan üçün yaxşı heç nə vəd etmir. N.Əliyevin sözlərinə görə, Azərbaycanın kredit reytinqinin aşağı salınması o anlama gəlir ki, ölkəyə kredit qoymaq, ölkənin bank sisteminə depozitlər yerləşdirmək əlverişsizdir, risklidir: “Belə bir risk əvvəl də var idi. Amma bu risk bu gün daha da artıb. Reytinq açıqlamalarını diqqətə alan xarici, daxili investor ölkəyə uzun müddətə depozit yerləşdirməkdə maraqlı olmayacaq. Azərbaycanın hazırda bu cür vəsaitlərə çox böyük ehtiyacı var. Altı aylıq yekunlara görə xarici investorların Azərbaycan iqtisadiyyatına pul yatırımı 18 faizdən artıq düşüb. Yerli investorların isə iqtisadiyyata kredit yatırımı 70 faizdən çox azalıb. Təsəvvür edin, neqativ reytinqi görən həm yerli, həm xarici investorlar Azərbaycana kredit yatırımını azaldacaqlar. Əgər pul yatırımı həyata keçirilmirsə, o zaman hansısa iqtisadi artımdan söhbət gedə bilməz. Deməli, bu, Azərbaycanın perspetivi üçün yaxşı heç nə vəd etmir”.
N.Əliyev onu da xüsusi olaraq vurğuladı ki, beynəlxalq reytinq təşkilatları Azərbaycanda reytinq qyimətləndirməni aparanda ən nikbin ssenarilər üzrə proqnozlar verirlər. Bunlar hesab edirlər ki, 2016-cı ilin sonuna qədər Azərbaycanda ÜDM istehsalı 38 milyard dollar təşkil edəcək. Növbəti il ərzində bu göstərici təxminən 41 milyard dollar olacaq. 2019-cu ildə isə bu göstərici 49 milyarada qədər yüksələcək. N.Əliyev bildirdi ki, təşkilatlar bu proqnozları verəndə belə hesab edirlər ki, dolların məzənnəsi bu müddət ərzində 1.55 olacaq: “Amma dolların hazırkı məzənnəsi 1.60-a yaxınlaşır. Azərbaycanın sosial-iqtisadi göstəriciləri, dövlət büdcəsi Neft Fondu münasibətləri elədir ki, manatın məzənnəsini 1.55 civarında saxlamaq qeyri-mümkündür. Ona görə manatın dollar qarşısında məzənnəsinin 2 manata çatıb, hətta onu keçəcəyini proqnozlaşdırmaq çox realdır. Ona görə ÜDM istehsalının artmaq əvəzinə aşağı düşəcəyi realdır. Bu səbəbdən Azərbaycan hökuməti də özünü daha neqativ ssenarilərə hazır tutmalıdır”.
Xəyal