Bərdə rayonu, Piyadalar kəndinin sakinləri etiraza qalxıb. Sakinlər 4 ay öncə qətlə yetirilərək avtomobilində yandırılan kənd sakini Bayramov Salman Tahir oğlunun qatillərinin tapılmamasına etiraz edir. Rayon prokurorluğunun qarşısına toplaşan kənd sakinləri, hüquq mühafizə orqanlarını qatili və ya qatilləri himayə etməkdə ittiham edir. Polis qətlə yetirilən Bayramov Salmanın valideyinlərinə qarşı zorakılq edib. Hazırda hadisə yerinə çox sayda polis və təcili yardım maşınlarının gətirildiyi bildirilir.
Azadlıq.info