Seymur Həzi Nigar Yaqublu ilə evlənir; həbsdə nikaha mane oldular VİDEO

seymur-nigar

Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” ieleviziya proqramının aparıcısı, AXCP sədrinin müavini, vicdanÿməhbusu Seymur Həzi ailə həyatı qurur. O, dünən həbsxanada nikah bağlamağı planlaşdırırdı. Onun nikah bağlayıb, ailə həyatı qurduğu xanım da Azərbaycanın fəal ictimaiyyətinə çox yaxşı tanış olan birisidir – keçmiş siyasi məhbus, Müsavatın başqan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu. Nigar xanımın özünün də icitimai-siyasi fəallığına görə ölkədə kifayət qədər tanındığını, hətta siyasi məhbus həyatı belə, yaşadığını isə yəqin ki, xatırlatmağa ehtiyac yoxdur.

Seymur bəylə Nigar xanım nikaha dünən daxil olmağı planlaşdırırdı, bunun üçün bir ay əvvəldən ASAN Xidmətə müraciət olunmuş, nikah günü 1 avqust 2016-cı ilə təyin olunmuşdu. Nikah mərasimi Seymurun saxlanıldığı 17 saylı cəzaçəkməəssisəsində saat 12.00-da baş tutmalı idi. Lakin onların toy şənliyi Seymur Həzi azadlığa çıxandan sonra təşkil ediləcək.

Lakin ASAN Xidmət Nigar və Seymurun nikahına maneə yaradıb. Əvvəl xidmətin Bakıxanov şöbəsindən Nigar Yaqubluya bildiriblər ki, onlar 10 dəqiqə gecikdiklərindən nikah bağlayacaq əməkdaş iş yerini tərk edib. Onun nə zaman geri qayıdacağı isə bəlli deyil.

Vəziyyət belə olunca, Nigar Yaqublu ASAN Xidmət-ə getməli olub. Onu Seymur və Nigarın şad gününə sevinən insanlar, həmçinin media nümayəndələri müşayiət edib. Orada nikah bağlamaqdan imtinaya bir cüməlik məktubla cavab verilib.

Nigar Yaqubluya təqdim olunan məktubda qeyd edilib ki, “səyyar nikah xidməti göstərilmir, bu 17 saylı cəzaçəkməəssisəsində mümkün deyil”. Amma səyyar nikah xidmətinin niyə məhz avqustun 1-də dayandırıldığı əsaslandırılmayıb, yəni səbəb göstərilməyib. Xidmətin əməkdaşı Nigarın bu barədə sualına cavab olaraq yalnız onu deyib ki, məktubdan narazılıq varsa, Ədliyyə Nazirliyinə müraciət edin.

Ancaq Ədliyyə Nazirliyinin mətbut xidmətindən “Turan”ın sorğusuna cavab olaraq bildiriblər ki, səyyar nikah xidmətinin fəallliyyəti dayandırılmayıb.

Nikah avqustun 2-nə qaldı

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “Azadlıq” radiosuna deyib ki, Seymur Həzi ilə Nigar Yaqublunun nikahı avqustun 2-nə təyin olunub. O əlavə edib ki, hər hansı əngəldən söhbət gedə bilməz:

Penitensiar Xidmət nikahın baş tutmasına hər zaman şərait yaradıb. Cəzaçəkməəssisələrində hər ay onlarla məhbus nikaha girir. Onların arasında ömürlük cəza çəkənlər də var. Bu nikah da bizim üçün adi nikahlardan biridir. ASAN XİDMƏT-lə bağlı məsələni mən cavablandıra bilmərəm. Amma Penitensiar Xidmətin rəsmisi olaraq deyə bilərəm ki, biz üzərimizə düşənləri tam yerinə yetiririk, bizə aidiyyəti olan məsələlərlə bağlı hər hansı əngəldən söhbət belə gedə bilməz”.

Nikah gülü Nərgizin məzarı üzərində

Nikah mərasimi süni əngəllə baş tutmadıqdan və avqustun 2-nə təxirə salındıqdan sonra Nigar Yaqublu mərhum bacısı Nərgiz Yaqublunun məzarını ziyarət edib. O, nikahı üçün hazırlanan gül çələngini bacısının məzarı üstünə qoyub.

Bu, yuxarıdan gəlmiş sifarişdir”

Nigar Yaqublu “Azadlıq” radiosuna açıqlamasında bu cür əngəllərə hazır olduğunu, ona görə də yaşananları asanlıqla aşdığını bildirib:

“Heç bir pərtolma yox idi, əksinə qürurla, fəxrlə yeriyirdim ki, bu işdə qalib tərəf mənəm. Biz həmişə hakimiyyətin bir sürprizi ilə qarşılaşırıq. Buna adətkarıq deyə, bu gün yaşananlar mənə qeyri-adi gəlmədi. Zatən, bir əngəl olacağını gözləyirdim, o üzdən, baş verənləri rahat qarşıladım. Hər şeyi anlamaq olar, amma adam mübarizəni də mərdliklə aparar. Belə bir mövzuda bu qədər cılızlığa varmaq, bu qədər alçalmaq nəyə lazımmış, – anlamadım. Vallah, heç bir şey itirmədim, nikah bu gün olmadı, sabah olar. Sadəcə, insanlara bu qədər əziyyət vermək – söhbət təkcə məndən getmir, nə qədər dost-tanış, qohum gəlmişdi ora, – günün altında saxlamaq, aldatmaq nəyə lazım idi? Bu, yuxarıdan gəlmiş sifarişdir”.

İnsanların xoşbəxtliyi sizi niyə bu qədər narahat edir?”

Seymur Həzi ilə Nigar Yaqublunun nikahına süni əngəl yaradılmasına AXCP sədri Əli Kərimli də öz hiddətini ifadə edib. AXCP lideri bu barədə fikirlərini “facebook” səhifəsində paylaşıb:

Bu qədər cılızlıq olarmı? Seymur bəylə Nigar xanımın nikaha girməsinə əngəl yaradıblar.

Siyasi əleyhdarlarınızı saxta ittihamlarla həbs etdirirsiniz, qanunsuzdur, amma yenə də başa düşməyə çalışırıq – azad rəqabətə hazır deyilsiniz. Bəs insanların xoşbəxtliyi sizi niyə bu qədər narahat edir? Gənclər, hətta həbsdə ola-ola bir-birinə qovuşmaq, xoşbəxt olmaq istəyirlər. Bunun sizə, sizin iyrənc siyasi mübarizənizə nə dəxli var? Vicdanınız ağrımır, başa düşdük, Allahı da unutmusunuz? Bütün bu əməllərinizə şahid olan və qəzəblənən xalqı da bir heç sayırsınız?

Əslində, mən heç təəccüblənmədim. Hələ 2011-ci ildə baldızım Aytənin toyunda bənzər mənəviyyatsızlığı etmişdilər. Bəyə və onun ata-anasına Azərbaycana gəlmək üçün viza verməmişdilər. Heç dəyişməyiblər. Istəyirlər, ildə 1 yox, 10 tolerantlıq konfransı keçirsinlər, təfəkkürləri orta əsr təfəkkürüdür”.

ASAN XİDMƏT-dən verilən cavab şübhə doğurur

Seymur Həzinin atası Məşğul Həziyev də oğlunun evlənə bilməməsindən qısaca danışıb: “Burda siyasi səbəb var, ya anlaşılmazlıq olub, deyə bilmərəm. Amma ASAN XİDMƏT-dən verilən cavab – onların bir günlüyə səyyar fəaliyyətlərini dayandırmaları barədə söylədikləri şübhə doğurur. O boyda xidmətin bir günlük dayandırılması bir az inandırıcı gəlmir və bunun siyasi qərar olmasından şübhələnməyə əsas verir”.

İnanın, bu məsələyə qarışmamışam, sadəcə, təbrik etmişəm”

Nigarın atası Tofiq Yaqublu da nikahın ertələnməsini “qərəz” və “gülünc” adlandırır, hakimiyyətin bu addımının “ikrah doğurduğunu”, “hakimiyyətin özü-özünə hörmətsizlik etdiyini” deyir, amma durumu “faciələşdirməyə” də ehtiyac görmür. Ata gənclərin – Nigar və dostlarının xəyal qırıqlığı yaşamadıqlarını, əksinə, deyə-gülə, evə qayıtdıqlarını, axşama isə izdivac qərarını bir məclisdə qeyd edəcəklərini söyləyir: “O, işin formal tərəfidir, bu gün olmadı, sabah gənclər qeydiyyatdan keçəcəklər. Əsas odur ki, gənclər həyatlarını birləşdirməyə qərar veriblər və bu da olacaq”.

Ata övladının, rəsmi ittihamın diliylə söylənsə, “xuliqan”la, özünün təbirincə isə “siyasi məhbus”la ailə qurmasına da yarıciddi, yarızarafatla baxır: “Nigarın özü də məhbus həyatı yaşayıb. Paritet var bu məsələdə. Mən çağdaş insanam, çağdaş dəyərləri bölüşürəm, onların uğrunda mübarizə aparıram. Inanın ki, bu məsələyə qarışmamışam, sadəcə, ürəkdən təbrik etmişəm onları. Hər iki tərəf qətiyyətli və əzmlidir. Cəmiyyəti, mentaliteti gözə alsaq, burda psixoloji baryer də ola bilərdi. Gənclər bunu adlayıb keçə bilibsə, mən bunu yalnız alqışlaya bilərəm”.

Tofiq Yaqublu əmindir ki, hər iki gənc “o ağılda, o durumda, o dünyagörüşündədir ki bütün əngəlləri adlayaraq xoşbəxt olmağı bacaraqcaqlar”.

ASAN XİDMƏT-dən zəng

Dünən axşam saatlarında Nigar Yaqublu “facebook” səhifəsində yazıb ki, ASAN XIDMƏT-dən onunla əlaqə saxlayıblar: “Asan Xidmətdən mənə zəng edib bildirdilər ki, sabah gedib Xəzər Rayonunun Qeydiyyat şöbəsində qeydiyyatdan keçə bilərsiniz. Rəsmən bizimlə alay edirlər. Yəni bu gün kefimiz belə istədi, sabah da elə!”

***

Xatırladaq ki, Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

Amnesty International” təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

Aytən