Putinin 1 illik ehtiyatı qalıb, bəs Əliyevin?

nemet-eliyev1«Rusiyada əmək haqlarının verilməsində 2017-də çətinliklər gözlənilirsə, Azərbaycanda o vəziyyət daha tez baş verə bilər»

Əgər iqtisadi islahatlar aparılmasa, Rusiyanın valyuta ehtiyatları artıq 2017-ci ilin sonuna kimi tükənə bilər. Bu barədə Rusiya maliyyə nazirinin birinci müavini Tatyana Nesterenko məlumat verib.

“Əgər heç nə dəyişməsə, gələn ilin sonuna nə ehtiyatımız, nə də əmək haqlarını ödəmək imkanımız olacaq. Ciddi iqtisadi problemlərlə qarşılaşacağıq”,ÿ-ÿdeyə nazir müaviniÿqeyd edib. Bundan əvvəl baş prokuror Yuri Çaykaÿmaaşlara olanÿ13,5 mlrd. rubl borcun ödənildiyiniÿ açıqlayıb. Rusiyada baş verən proseslər maraq doğurur. Dəfələrlə olub ki, Rusiyada baş verən proseslər daha ağır formada Azərbaycanda da təkrarlanır. 2015-ci il devalvasiyası bunu bir daha sübut edir. Rusiyada o zaman baş verən proseslər Azərbaycanda da təkrarlandı. Rusiyada rublun başına gələnlər manatla da bağlı təkrarlandı.

Azərbaycanda son altı ayda vergi daxil olmalarında kəskin geriləmə müşahidə olunur. Eyni vəziyyət Gömrükdən daxil olmalarda da təkrarlanır. Büdcənin daha bir donoru Neft Fondu da son bir neçə ayı büdcəyə ödəniş etməyib. Büdcə öhdəliklərinin yerinə yetirilməsiylə bağlı problemlərin yarandığı bu ay pensiya ödənişlərinin gecikməsində də özünü göstərdi.

Belə olan halda Azərbaycan iqtisadiyyatı özünü necə göstərəcək? 2017-ci ildə büdcə öhdəliklərinin icrasında problemlərlə üzləşəcək Rusiyanın aqibəti Azərbaycanda da təkrarlana bilərmi?

Iqtisadçı Nemət Əliyev bildirdi ki, Rusiya iqtisadiyyatının vəziyyətinə dair açıqlamalar çox maraqlıdır. Rusiya iqtisadiyyatını gözləyən ağırlaşdırıcı hadisələrdən ən çox dərs çıxarmalı dövlətin Azərbaycan olduğunu deyən N.Əliyev vurğuladı ki, çünki Azərbaycanın Rusiya ilə xeyli bağları var: “Nəzərə almaq lazımdır ki, iki milyondan artıq həmvətənimiz Rusiyadadır və onlar orada çalışaraq Azərbaycandakı ailələrinə vəsait yollayırlar. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanın idxalında Rusiyanın payı kifayət qədərdir. Ən böyük paya malik olan ölkə kimi Rusiyanın başının üzərini alan qara buludlar Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın qeyri-neft sahələri Azərbaycanla müqayisədə xeyli yaxşı inkişaf edib və bütün neqativlərinə baxmayaraq Rusiyada sahibkarlar azad şəkildə nəfəs ala bilirlər, investorlar iqtisadiyyata vəsait yatırıb fəaliyyət qura bilirlər. Rusiyada korrupsiyanın, inhisarın, rüşvətxorluğun səviyyəsi Azərbaycandakı qədər deyil. Həm də onu nəzərə almaq lazımdır ki, bir halda ki, Azərbaycan iqtisadiyyatı ilə müqayisədə xeyli üstünlüklərə sahib olduğu halda Rusiyada əmək haqları və pensiyaların verilməsində növbəti ildə çətinliklər gözlənilirsə, Azərbaycanda o vəziyyət daha realdır. O çətinliklərin miqyası daha böyük olacaq”.

N.Əliyev onu da bildirdi ki, neftin qiymətinin aşağı düşdüyü dövrdə həm Rusiya, həm də Azərbaycan iqtisadiyyatında baş verənlərin müqayisəsi aparılarsa, o zaman biz görəcəyik ki, daha ağır zərbələr, daha böyük gəlirlərdən məhrum olma Azərbaycanda müşahidə olunub. Bu onun nəticəsidir ki, Azərbaycanda problemlər kifayət qədər böyükdür: “Bu problemlərin həlli istiqamətində kiçik addımlar belə atılmadı. Bir halda ki, Rusiyanın iqtisadiyyatında bu gözləntilər var, bu Azərbaycana təsirsiz ötüşməyəcək. Belə demək olarsa, bu Azərbaycanda artıq bu gündən yaşanmağa başlayır. Pensiyaların, sosial yardımların, əmək haqlarının verilməsində çətinliklərin olacağını müəyyənləşdirməkdən ötrü, heç Rusiya tərəfinin açıqlamasına istinad etməyə ehtiyac yoxdur. Azərbaycanın sosial-iqtisadi göstəricilərinə dair Statistika Komitəsinin açıqladığı rəqəmlər bunu deməyə əsas verir. Məlum olur ki, büdcənin gəlirləri kəskin şəkildə azalıb. Dövlət Neft Fondu büdcə gəlirlərinin formalaşması istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə, o vəsaitləri yığıb manipulyasiya vasitəsinə çevrilib. Bu vəsaitlər ölkə iqtisadiyyatının stimullaşdırılmasının qarşısını alır. Neft Fonudunun vəsaitləri ona görə saxlanılır ki, bir müddət sonra devalvasiya baş verdikdən sonra büdcəyə daha çox manat kütləsi cəlb ediləcəkdir”.

Xəyal