Rüstəm İbrahimbəyov kino xadimlərini təbrik etdi

rustem_ibrahimMilli Şuranın fəxri sədri, tanınmış  dramaturq və kinorejissor Rüstəm İbrahimbəyov Milli Kino Günü münasibətilə bu sahədə çalışan hımkarlarını təbrik edib:

“Əziz dostlar, həmkarlar! Sizi Milli Kino Günü münasibətilə təbrik edirəm. Həyatımızı həsr etdiyimiz sənət müxtəlif peşə sahiblərini birləşdirir.

Bu il bizim İttifaqın mükafatlarını məşhur diktor, gözəl səs operatoru, istehsalın yüksək peşakar təşkilatçısı alırlar. Onların hər birinin Azərbaycan kinosuna töhfəsi yüksəkdir.

Rafiq Hüseynovun, Kamal Seyidovun, Adil Qulamovun ünvanına olan təbriklərə qoşulub onlara can sağlığı və uzun ömür arzulayıram.