Bəşər Əsəd Moskvada Putinlə görüşüb

esed putin gizliSuriya prezidenti Bəşər Əsəd iyun ayının əvvəlində gizli şəkildə Moskvaya səfər edib. O, səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.

Bu səfər haqqında Livanın “Əl-Cümhuriyyə” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, səfərin əsas məqsədi avqust ayının əvvəlində baş tutacaq Suriya üzrə Rusiya ilə ABŞ-ın birgə planının ictimaiyyətə təqdim olunmasıdır.

“Əl-Cümhuriyyə” qəzeti bildirir ki, Bəşər Əsəd İsrailin baş naziri Binyamin Netanyahunun Rusiyaya səfərindən bir neçə gün əvvəl Moskvaya səfər edib.

Qeyd edək ki, Netanyahu və Putin arasındakı görüş iyun ayının 7-də görüşüb.

Danışıqlar zamanı Suriya ilə İsrail arasındakı münaqişənin nizamlanmasına da toxunulub.