Hammurapi qanunları daha ədalətlimi?

saadet-cahangir-koseSəadət Cahangir

Dünya yüz illərdir qanun icad etməklə məşğuldur. Bu işin tarixçəsi eramızdan əvvəllərə gedib çıxır. Günümüzə gəlib çatan təkmil, humanist, universal qayda-qanunlar göydən düşməyib, təbii. Yer üzündən gəlib keçmiş neçə insan nəsli işləyib araya-ərsəyə gətirib onları. Indi dünyanın fərqli ölkələrində insanlığın yaşam normalarını müəyyənləşdirənminlərlə qanun sənədi var. Böyük beyin mərkəzlərinin, intellektualların, hüquqçuların birgə çalışmalarının məhsuludur həmin qanunlar toplusu. Bu sistem, demək olar, konveyer üsulu ilə işləyir və çağdaş dünyanın tələblərinə uyğun şəkildə dayanmadan təkmilləşir. Ortaya haqlı olaraq “qayda-qanunlara baxanmı var” sualı da çıxa bilər, əlbət. Bu, məsələnin başqa tərəfidir artıq. Məncə, bu, qanuna yanaşma düşüncəsinin doğurduğu kəskin fərqlərdədir. Hansı fərqlərdə? Elə istəyirəm bir az o fərqlərdən danışaq. Baxaq ki, dünyanın bütün xalqları üçün eyni çərçivədə təsbit olunmuş normaları nədən bizdə bir cür, Norveçdə başqa cür mənimsəyirlər. Nədən insan haqları ilə bağlı prinsiplər Isveç hökumətinin nəzərində toxunulmaz, Azərbaycan hökumətinin nəzərində oyuncaq hesab edilir? Nədən Almaniya kimi ölkələrdə qaydalar insanların rifah və təhülkəsizliyi üçün vasitə, Azərbaycan kimi ölkələrdə onları əzmək üçün qamçı sayılır? Baxaq…

Akkad dilində yazılmış ilk qanun sənədi var, bilirsiniz – Hammurapi qanunları. E.ə. XII əsrdə 2,25 metr hündürlükdə qara bazalt daş üzərinə mixi yazılar ilə bənd-bənd həkk olunmuş qaydalar Eşnunna şəhərÿdövlətininÿqanun sənədi sayılırdı. QədimÿBabilistandaÿmeydana çıxan bu qanunlarhökmdar Hammurapiyə məxsusdur. Həmin qanunlarda, demək olar, cəmiyyətin bütün istiqamətləri əsl hüquqşünas məharəti ilə dəqiq ifadə olunub – dövlət, mülkiyyət, ticarət, siniflər arasında münasibətlər, ailə, əmək. Bu üzdən, tarixi mənbələrdə Hammurapininÿilk qanunlar toplusunun banisi, sənədin Mesopotamiyanınÿqanunşünaslığı kimi göstərilməsində  də bir qəbahət yox.ÿAmma oxuyanlar bilir, maraqlı məsələ həmin sənədin ustalıqla yazılmasında deyil, onun müstəbid bir düşüncəni əks etdirməsindədir.

Əlbəttə, 282 maddəlik qanun sənədi quldarlıq dövründə hökmdarlıq edən Hammurapinin cəmiyyətə baxışının ifadəsi idi və yəqin ki, başqa cür yazıla da bilməzdi. “Əgər adam adamın gözünü tökübsə, onun gözü tökülməlidir”, “adam and altında başqasının üstünə adam öldürmə ittihamını yıxıb onu ifşa etməyə başlasa və bunu sübut edə bilməsə, o zaman ifşa edən öldürülməlidir”, “əgər uçmuş evdə ev sahibinin oğlu ölərsə, ev sahibi həmin evi tikmiş bənnanın oğlunu öldürmək haqqına sahibdir”. Topludakı bütün bəndlər, demək olar, bu səpkidədir. Və nə yazıq ki, Azərbaycanın başda oturanlarının qanunlara baxışı da elə bu şəkildədir. Yaxınlarda dostlardan birinə zarafatyana Hammurapidən bir misal gətirdim. Marağını çox çəkdiyinə görə, daha bir neçə misal gətirdim və o, heyrətlə nə dedi, bilirsiniz? “Bu qaydalar nə qədər sərt olsa belə, bizdəki qanunsuzluqlardan və özbaşınalıqlardan daha ədalətlidir”. Söz tapmadım, adama “haqsızsan” deyəcək arqumentim yox idi çünki…

Bax, ölkənin hazırkı durumu bu qədər acınacaqlıdır. Qanun adına insanlara qan ağladırlar. Məhkəmə haqsızlıqları zülm həddində. Insanlar tapdanmış hüquqlarını arayacaq ünvan tanımırlar daha. 23 ildir başda oturan “qanun keşikçiləri”nin qanuna baxışları isə qəti olaraq dəyişmir. Orda birmənalı olaraq qanunu hakimiyyəti möhkəmlətmək, vaxtını dartıb uzatmaq və əldə saxlmaq aləti kimi anlayırlar. Bu baxışın dünyəvi prinsiplərlə heç bir yaxınlığı yoxdur. Nə deyim, doğrudanmı, bu yanaşmadan baxanda, Hammurapi qanunları zamanına görə daha ədalətli görünür?