Münhendə atışma nəticəsində 10 nəfər ölüb, 27 nəfər yaralanıb.
Yaralılardan 10 nəfərin vəziyyəti ağırdır. Onların arasında 13 yaşlı yeniyetmə də var.
Münhen polisinin rəisi hadisə törədənin İŞİD ilə əlaqəsi fikrinin əsassız olduğunu bildirib.
Qeyd edək ki, Münhendə ticarət mərkəzində atəş açan şəxs 18 yaşlı İran əsilli Almaniya vətəndaşı olub. Onun adı Ali David Sonbolidir. İran və Almaniya vətəndaşlığı var.
Atışma iyulun 22-də Münhendə “Olimpia” ticarət mərkəzində baş verib.

***
Şənbə gününə kansler Angela Merkelin rəhbərliyi ilə hökumətin iclası təyin edilib.
***
Münhendə keçirilən Tollwood festivalı təxirə salınıb. Festival iştirakçıları evakusasiya edilib. Tədbir atışmanın baş verdiyi ticaət mərkəzinin yaxınlığında yerləşən Olimpiya parkında keçirilir.
**
Hadisə baş verən yerdə polis kişi meyidi aşkarlayıb. Meyidin cinayətkara yaxud onun qurbanlarından birinə aid olduğu araşdırılır. Bununla da ölənlərin sayı 9-a çatıb.
***
Polis digər federal torpaqlardan xüsusi təyinatlıların gəlməsini gözləyir. Şəhərdə fövqəladə vəziyyət elan edilib.
https://www.youtube.com/watch?v=gAMI5FgeoYY


Münhendə baş verənlər səbəbində Almaniya hökuməti fövqəladə iş rejiminə keçib.
***
Münhen dəmir yolu vağzalının bağlanması səbəbindən xeyli sayda sərnişin, o cümlədən turist yolda qalıb. Günün sonuna qədər vağzalın fəaliyyətinin bərpa ediləcəyi gözlənilmir.
Münhen polisi hadisədən sonra barəsində məlumat olmayan şəxslərin yaxınları üçün qaynar xətt açıb.
***
Polis terror hadisəsinin radikal dini qruplaşma üzvləri tərəfindən törədilməsi barədə məlumata malik deyil. Bu barədə polisin yaydığl məlumatda deyilir.
***
Son məlumata görə, ölənlərin sayı 6 nəfərdir. Onlarla yaralı var.
***
Münhendə baş verən terror səbəbindən Çexiya Bavariya ilə sərhədlərinə nəzarəti gücləndirib.


Hadisə şahidlərin ticarət mərkəzində 3 nəfər atəş açdığını deyib. Eyni zamanda Münhenin 3 yerində atəş səslərinin eşidildiyi deyilib. Polis şəhərdə geniş əməliyyat aparır. Əməliyyata helkopterlər də cəlb edilib.
Məlumata görə, 3 silahlı şəxsi axtarır.
Baş verənlər terror aktı kimi qiymətləndirilib.
Katwarn məlumatlandırma sistemi vasitəsilə insanlardan küçələrə çıxmamaq xahiş edilir.
***
Almaniya mətbuatı bildirir ki, Münhenin mərkəzində yerləşən «Marienplatz» metro stansiyasının yaxınlığında da naməlum şəxslər tərəfindən atəş açılıb.
Bu barədə rəsmi informasiya yoxdur. Ölən və ya yaralananlar barədə məlumat verilmir.
Münhenin mərkəzi vağzalı tam evakuasiya edilib. Qatarların hərəkəti dayandırılıb. Şəhər nəqliyyatının da hərəkəti tam dayandırılıb. Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçib.
Münhen hava limanının iş rejimində dəyişiklik yoxdur.
https://www.youtube.com/watch?v=jCiYE4UwG50
«Bild» nəşri xəbər verir ki, atəş açanlar ən azı 3 nəfər olublar. Bavariya torpağının DİN başçısının sözlərinə görə, cinayətkarların yaxalanması məqsədilə şəhərdə irimiqyaslı polis əməliyyatı həyata keçirilir.
***
Ölənlərin sayı ilə bağlı müxtəlif məlumatlar yayılır. Bəzi mənbələr 10, bəziləri 5, bəzilər isə 3 nəfərin öldüyünü, xeyli sayda insanın yaralandığını deyir.
***
Almaniya polisi Münhen sakinlərinə müraciət edərək, hadisənin baş verdiyi Olimpiya parkından uzaq durmağa çağırıb. Ticarət mərkəzindən insanlar evakuasiya edilib.
15 nəfərin öldüyü bildirilən hadisə ilə əlaqədar rəsmi məlumat hələ də yoxdur.
***
Almaniyanın Münhen şəhərində Moozax rayonunda Olympia-Einkaufszentrum ticarət mərkəzində naməlum şəxs sakinlərə atəş açıb. Hadisənin ticarət mərkəzinin aptekində baş verdiyi deyilir. Nəticədə 15 nəfər həlak olub. Sueddeutche Zeitung nəşrinin məlumatına görə, atəş açan şəxsin kimliyi məlum deyil.
Ticarət mərkəzinin ətrafı polis tərəfindən mühasirəyə alınıb, lakin insident barədə dəqiq məlumat əldə etmək çətindir.








https://www.youtube.com/watch?v=l9O-kFOe7aY




