Dövlət Departamenti: «Heç nə diqqətimizdən qaçmır!»
Son olaylara görə Türkiyədə 50 mindən çox insan işdən çıxarılıb
İyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonrakı vəziyyəti müzakirə etmək üçün dünən Türkiyədə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası keçirilib. Beş saata yaxın davam edən iclasda MGK-nın üzvləri – prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Silahlı Qüvvələrin Baş qərargah rəisi Hulusi Akar, Baş nazirin müavinləri, ədliyyə, milli müdafiə, daxili işlər, xarici işlər nazirləri, Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava və Candarma Qüvvələrinin komandirləri iştirak edib.
Məlum olub ki, qiyamla əlaqədar Türkiyə Böyük Millət Məclisi baş katibinin müavinləri – Məhəmməd Bozdağ, Kamal Kaya və Mustafa Tamirci vəzifələrindən uzaqlaşdırılıb. Ümumilikdə 118 general və admiral saxlanılıb, 31 hakim və prokuror barədə məhkəmə nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul olunub. Həmçinin 86 hakim və prokurorun işi üzrə aparılan təhqiqatla əlaqədar daha 39 nəfərin həbsi ilə bağlı məhkəməyə müraciət edilib.
Hərbi prokurorlar da “qara siyahıda”
Türkiyə Müdafiə Nazirliyi hərbi çevrilişə cəhdlə əlaqədar bütün hərbi hakim və prokurorlarla bağlı araşdırmaya başlayıb. 262 hərbi hakim və prokuror tutduqları vəzifədən azad edilib. Dövlət çevrilişinə cəhdlə əlaqədar aparılan istintaq çərçivəsində əlavə 788 şübhəli barədə həbs qərarı verilib. Qiyamdan sonra müxtəlif nazirliklər, dövlət və özəl qurumlarda vəzifəsindən və işindən kənarlaşdırılan şəxslərin sayı 50 min ötüb.
Polisin Türkiyə Nazirlər Kabinetinin binasında həyata keçirdiyi əməliyyat nəticəsində son vaxtlar “Twitter”də bir sıra məxfi məlumatların açıqlandığı “Fuat Avni” adlı hesabın işlədilməsində ittiham edilən 10 nəfər saxlanılıb.
Türkiyə Candarma Qüvvələrinin komandanı Qalip Mendi də vəzifəsindən kənarlaşdırılıb. Keçirdiyi narahatlığa görə xəstəxanaya yerləşdirilən general Mendinin yerinə general-polkovnik Ibrahim Yaşar təyin edilib.
Candarm Baş Komandanı Qalib Mendi çevriliş cəhdinə qarşı əməliyyat zamanı Ankara Akıncı 4-ci əsas təyyarə bazasından azad olunmuşdu. Əməliyyatdan sonra onunn vəzifəsini icra etdiyi bildirilmişdi.
Abdullah Gülün köməkçisi həbs olundu
Türkiyənin sabiq prezidenti Abdullah Gülün köməkçisi, general-mayor Ismayıl Güneşer də hərbi çevrilişə cəhdlə əlaqədar həbs olunub. O,ÿ Boluda Ikinci Desant Alayına komandanlıq edib. General Konstitusiyanı pozmaqda və terror təşkilatına üzv olmaqda ittiham olunur.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner FETÖ terror təşkilatının uğursuz çevriliş cəhdindən sonra Türkiyədə başlanılan araşdırmalar zamanı çox sayda insanın nəzarətə götürülməsinin “aydın” və “qanuni” olduğunu bildirib. Toner gündəlik mətbuat konfransında Türkiyədəki uğursuz çevriliş cəhdindən sonra baş verən proseslə bağlı sualları cavablandırıb.
Nazirliyinin sözçüsü deyib ki, Türkiyə hökuməti xalqının təhlükəsizliyini təmin etmək üçün dövlət çevrilişinə cəhd edənlərə qarşı araşdırmalar aparır.
ABŞ Güləni Türkiyəyə vermir
Türkiyə hökumətini və xalqını anladığını deyən Toner qeyd edib ki, onlar çox ciddi təhlükə altında olduqlarını hiss edirlər: “Eyni zamanda, bəhs edilən nəzarət qərarları diqqətimizdən qaçmır. Baş verən hadisələrdən sonra Türkiyə hökumətinə sakit və sabit olması, Türkiyə Konstitusiyasının tələb etdiyi demokratik standartlara uyğun, hüququn suverenliyi prinsipini güdməsi barədə müraciət etdik”.
Dövlət Departamentindən onu da bildiriblər ki, Türkiyənin Fətullah Gülənə aid göndərdiyi sənədlər ekstradisiya tələbi sayıla bilməz. Departament Türkiyədən göndərilən sənədlərin araşdırmasının davam etdirildiyini də qeyd edib.
Bu arada, Türkiyənin Sosial Müdafiə Qurumu (Sosyal Güvenlik Kurumu – SGK) Fətullah Gülənin pensiyasını ləğv edib. SGK Gülənin təqaüdçü maaşının ödənilməsini dayandırıb və onun bütün sosial hüquqlarını ləğv edib.ÿQurumda Gülən icmasına yaxın şəxslərin işdən uzaqlaşdırılmasına hazırlıq gedir.ÿ
Məlum olaylara görə, Türkiyədə 626 təhsil müəssisəsinin bağlanacağı bildirilir. Bu barədə ölkənin Milli Təhsil nazirliyi qərar verib. Bildirilir ki, onlardan 524-ü özəl məktəblərdir. Qeyd edək ki, hərbi çevrilişə cəhddən sonraÿTürkiyə Milli Təhsil Nazirliyi sistemindən 21 738ÿminÿinsan qovulub.ÿ
Baş qərargah rəisinin köməkçisindən şok ifadə
Türkiyə ordusunun Baş qərargah rəisiÿHulusi Akarın köməkçisi,ÿçevrilişə görə həbs edilən Ləvənt Türkkanın istintaqa verdiyi izahat yayılıb(strateq.az). Türkkanÿ”paralel”çi olduğunu qəbul edərəkÿçox maraqlı faktlar açıqlayıb: “Kasıb birÿailənin uşağıyam. Atam kasıb bir əkinçidir. Tarlamız, bağımız-bağçamız yoxdur. Fətullah Gülən camaatı ilə ilk dəfə orta məktəb illərimdə tanış oldum. Yaxşı və gələcəyi parlaq bir şagird idim. 5 yaşından əsgər olmaq istəyirdim. Bu xəyalım “camaat”ın çörəyinə “düz-istiot”ÿoldu.ÿ1989-cu ildə Işıqlar Hərbiÿliseyinə sənəd verdim. Imtahanı özümün qazanacağıma əmin idim. Buna camaatdakı qardaşlarım da əmin idilər. Ancaq yenə də mənə imtahandan qabaq gecə yarısı sualları gətiribÿverdilər. SuallarıÿSərdar abi gətirmişdi. Bursadakı mərkəzdəÿ bir “camaat evi”ndə ÿo, sualları mənə verdi.
Bəli, mən “Paralel quruluş”un üzvüyəm,ÿFətullah Gülən “camaat”ındanam. Beləliklə, mən, ÿ1989-cu ildə Hərbiÿ Liseyə qəbula girdim və imtahanları qazandım. Baş Qərargahda ÿgörəvə gətirildikdən ÿsonra “camaat” adına verilən tapşırıqları yerinə yetirməyə başladım”.
“Camaat” arasında çox ciddi bir gizlilik var”
Köməkçi deyib ki, “camaat” arasında çox ciddi bir gizlilik var:ÿ “Hər kəs ancaq öz “abi”sini bilir, gedər, dərsini alar, namazını qılar, söhbətini edər. Bundan əlavə, onu da deyim ki, illərdir orduya alınan subayların 60-70 faizi camaatçıdır”.
Hulisi Akarın köməkçisi daha sonra sensasion faktları açıqlayıb. Bildirib ki, o, illərdir baş qərargah rəislərini xüsusi tapşırıqla dinləyib:
“Necdet Özel paşayı (Sabiq Baş qərargah rəisi) davamlı dinləyirdik. Cihazı ”Türk Telekom”da işləyən “Abi” verdi. Həftədəÿ bir dəfə dolan həmin qurğunu aparıb “Abi”yəÿ verirdim.
Necdet Özel, Hulusi Akarÿ və ÿYaşar Gülÿ dönəmindəÿ dinləmələr oldu.ÿ Iki barmaq ucu qədər “radio” deyilən dinlmə cihazını hər gün paşanın otağına hər hansı bir yerə qoyur, axşam çıxarkən isə götürürdüm. Özünün yaddaşı vardı. Batareyası bir gün saxlayırdı. Həftədə bir dəfə dolan cıhazları “Abi”mə aparıb verir, yeni boş qurğunu alırdım. Hərdən Baş qərargah rəisinin otağında dinləməyə qarşı axtarış aparılırdı, həmin axtarışların nə zaman olacağını bildiyimdən o günləri cihaz qoymurdum”.ÿ
“Kənan Evrən olacaqsan, yoxsa yox?!”
Levent Türkkan çevrilişi planını 14 iyul günü saat 10.00-a öyrəndiyini açıqlayıb: “Baş qərargah rəsinin danışmanı, polkovnikÿErhan Yıkılkan mənə prezident, baş nazir, nazirlər, ordu komandirləri, generalların tək-tək həbs olunacağını vəÿsəssiz şəkildə işinÿbitiriləcəyini dedi. Əməliyyatın gecə saatÿ 03.00-də başlayacağını söylədi. Həmin günü vəzifəm Hulusi Akar paşayı zərərsizləşdirdikdən sonra oraya onu götürməyə gələcək özəl qüvvətlərin dəstəsinə təhvil vermək idi.
15 iyulda günortadan sonra tümgeneral Mehmet Dişlinin otağına getdim. O da “camaatçı”dı. Bizə “Baş qərargah rəisi Hulisi Akaraÿ ”Sən Kənan Evrən olacaqsan, yoxsa yox”, – deyə, konkret sual verəcəyini dedi. Dişliÿ Akar paşanın bu təklifi qəbul edəcəyini düşünürdü. Ancaqÿ Akar təklifi qəbul etmədi. Digər qoşun komandirləri də ÿ”ikna” (inandırıla)ÿ edilə bilmədi.
15 iyul günü saat 20.00-21.00 arasında Baş qərargah rəisi Hulisi Akar otağındaydı. Akar ən son MIT başqanı Hakan Fidanla görüşdü. Fidan oradan ayrıldıqdan sonra “Özel Kuvvetler”dən 20 -yə yaxın tam təchizatlı əsgər qərargaha girdi. Dişli dəÿoradaydı. 5 dəqiqə sonra Dişli otaqdan çıxdı və bizə “Girin” dedi.
Içəri girəndə Akar paşa bizə “Yanlış iş görürsüz” dedi. Özəl qüvvələrinÿəsgərləri onu həbs etdilər. Aparılanda davamlı olaraq bizə “yanlış edirsiz”ÿdeyirdi. Mən orada qaldım. Dişli paşa məniÿtelefonla arayaraqÿAkar paşanın həyat yoldaşına xəbər verməyimi istədi. Hərbi telefonla həyat yoldaşına zəng elədim. Xanım əfəndi ağlamağa başladı”.
Köməkçi onu da bildirib ki, məclisinÿbombalanmasını, mülki şəxslərinÿöldürülmələrini televiziyadan öyrənəndə isə peşman olub: “Peşman olmağa başladım. Baş verənlər qətliam kimi idi”.



