“Zərdabi” mükafatı təqdim olundu FOTO

z1İyulun 20-də Azərbaycan Jurnalistlər Birliyi “Zərdabi” mükafafatını qaliblərə təqdim edib. “Avropa” hotelində keçirilən tədbirdə qabaqca “Jurnalistika terminləri lüğəti”ni hazırlayan komanda – Qulu Məhərrəmli, Elçin Şıxlı, Arif Əliyev və Rafiq İsmayılov sözlük hazırlamaq ideyası, kitabla bağlı görülən işlər, sözlüyün elektron versiyası və ondan istifadə barədə toplantı iştirakçılarına bilgi veriblər. Eyni zamanda hər iştirakçıya bir kitab hədiyyə olunub.

Sonra AJB sədri Elçin Şıxlı mətbuatda, tele-radioda, eləcə də elektron mediada peşəkar çıxışları ilə diqqət çəkən bir qrup jurnalistin 2016-cı il üçün Həsən bəy Zərdabi mükafatı ilə təltif olunması barədə katibliyin qərarını elan edib. Ümumilikdə bu il 12 nəfər bu mükafata layiq görülüb. Mükafatçılar arasında qəzetimizin köşə yazarı Zümrüd Yağmur da var. AJB sədri “Zərdabi” mükafatıyla təltif olunan jurnalistlərə diplomları təqdim edib.

azadliq.info