Türkiyə ABŞ-dan Gülənin həbsini tələb etdi

gulenAvropadan Ərdoğana növbəti xəbərdarlıq gəldi

 

Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınması nəticəsində şəhid olanların sayı 240-a çatıb. Onlardan 62-si polis, 5-i hərbçi, 173-ü mülki şəxsdir. Qiyam zamanı  ümumilikdə 1535 nəfər yaralanıb. Indiyədək 8660 nəfər həbs edilib.

Dövlət çevrilişinə cəhdin təşkilində ittiham olunan FETÖ terror təşkilatı ilə əlaqəsi olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və işdən azad edilməsi təhsil sistemindən də yan keçməyib. Hazırda Türkiyənin Milli Təhsil Nazirliyində genişmiqyaslı təhqiqat aparılır. Təhqiqat çərçivəsində 15 min 200 nəfər vəzifəsindən azad edilib. Bu barədə nazirliyin açıqlamasında qeyd olunub: “Nazirliyiin mərkəzi və əyalət təşkilatlarında çalışan 15 min 200 nəfər işdən azad edilib. Həmin şəxslər barəsində istintaq aparılır”.

Son bir neçə gündə 109 hakim və prokuror saxlanılıb. Ümumilikdə, 2745 hakim və prokurorlar barəsində həbs qərarı verilib.

Nazirlər Kabineti və MIT-də “təmizləmə əməliyyatı”

Dünən polislər Binəli Yıldırımın rəhbəri olduğu Nazirlər Kabinetində də axtarış aparıblar. Məlumata görə, aparatda işləyən 257 işçinin şəxsiyyət vəsiqələri alınmaqla, vəzifələrindən uzaqlaşdırılıb.

Türkiyənin Milli Istihbarat Təşkilatının isə (MIT) 100 əməkdaşı vəzifəsindən azad edilib. Həmin şəxslər məxfi məlumatlara çıxış imkanları olmayan, nisbətən aşağı dərəcəli əməkdaşlardır.

O da məlum olub ki, Milli Istihbarat Təşkilatı ölkədəki hərbi çevrilişÿcəhdindən xəbərdar imiş. MIT qiyamdan bir neçə saat əvvəl – Türkiyə vaxtı ilə saat 16.00-da xəbər tutub və dərhal bu barədə Silahlı Qüvvələrin Baş Qərargahına xəbər verilib. Bu barədə məlumat Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytında yayılıb:ÿ “Dərhal hərbi təyyarələrin Türkiyə ərazisində uçmasına qadağa qoylulub. Bununla yanaşı, hərbiçilərə bütün nəqliyyat vasitələrini dayandırmaq əmriÿverilib”.

25 xüsusi təyinatlı hələ də axtarılır

Məlumata görə, Türk ordusu hadisə günü Marmarisə – prezident Rəcəb Tayyib Ərdoğanla bağlı əməliyyat keçirməyə gedən 25 xüsusi təyinatlını və 2 hərbi vertolyotu hələ də tapa bilmir. Ehtimal olunur ki, hərbi çevriliş cəhdi uğursuzluqla nəticələnəndən ÿsonra xüsusi təyinatlılar yaxınlıqdakı meşələrdə gizləniblər.ÿ

Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumatda o da bildirilir ki, ordunun birliklərində vəziyyətə nəzarət tam təmin edilib: “Çevriliş cəhdi Türkiyə Silahlı Qüvvələrində başladılsa da, bunu etməyə çalışanların xalqımızın peyğəmbər ocağı adlandırdığı Türkiyə Silahlı Qüvvələrinin Vətənini, xalqını, bayrağını sevən şəxsi heyəti ilə qəti şəkildə əlaqəsi yoxdur. Bu rəzilliyi Türkiyə Respublikasına, şərəfli keçmişi olan Türkiyə Silahlı Qüvvələrinə, xalqa yaşadanlar ciddi şəkildə cəzalandırılacaqlar”.

Ankara Prokurorluğu TRT-nin 370 əməkdaşı barəsində də istintaq başladıb. Prokurorluq onları FETÖ ilə əlaqəli olmaqda şübhəli bilir.

“Artıq bu xəyanətkarı qorumayın!”

Türkiyə hökuməti Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a rəsmi sorğu göndərib. Bu barədə baş nazir Binali Yıldırım məlumat verib. Baş nazir ABŞ-ı artıq bu xəyənətkarı qorumamağa çağırıb:ÿ “Artıq bu xəyanətkarı qorumayın! Bu adamdan nə sizə, nə insanlığa, nə də Islama bir fayda var”.

B.Yıldırım onu da bildirib ki, Türkiyə hökumətində Gülənin təqsirini sübut edən konkret sübutlar var.

Türkiyə ABŞ-dan Fətullah Gülənin ekstradisiyasınadək müvəqqəti olaraq 60 gün müddətinə həbsini də tələb edib.

Fətullah Gülən Türkiyədə baş verən son hərbi çevrilişin təşkilində ittiham olunur.ÿABŞ dövlət katibi Con Kerri bildirib ki, ABŞ-ın Güləni təhvil verməməkdə hər hansı marağıÿ yoxdur. Əgər Türkiyə tərəfi yetərli dəlillər təqdim edərsə, ekstradisiya baş tuta bilər.ÿ

Gülənlə əlaqəsi olan bütün TV-lər bağlandı

Dünən Türkiyənin Radio və Televiziya Baş Idarəsi (RTÜK) dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatı ilə əlaqəsi olan media qurumlarının lisenziyalarını ləğv edib. RTÜK-ün növbədənkənar iclasında media qurumlarının (radio və televiziya şirkətləri) lisenziyalarının ləğv edilməsi barədə qərar səs çoxluğu ilə qəbul olunub. Lisenziyası ləğv edilən televiziya və radiolar STV, Samanyolu Xəbər, Samanyolu Xəbər Radio, Can Erzincan TV, Kanal 124, Yumurcaq TV, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bugün TV, Mehtap TV, Berfin FM, Kanal Türk Radio, Burç FM, Samanyolu Xəbər Radiosu, Radyo Mehtap, Xəbər Radio Ege, Dünya Radio, Radio Küre, Merkür TV, Esra Radio, Tuna Shopping TV, Samanyolu Xəbər Radio Anadoludur.

Ərdoğan: “Xalq çevriliş etmək istəyənlərə böyük dərs verdi”

Son olaylarla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən “CNN International” kanalına müsahibə verib. Ərdoğan bildirib ki, iyulun 15-də baş verənlər terror hücumu idi. Və Türkiyə xalqı meydanlara axışaraq dövlət çevrilişi cəhdinin qarşısını aldı. Bununla bağlı lazımi addımların atıldığını deyən prezident xalqını, ölkəsini sevən hər kəsi dövlətə və demokratiyaya sahib çıxmağa səsləyib. O bildirib ki, son hadisələr xalqın çevriliş etmək istəyənlərə verdiyi ən böyük dərs oldu.

“Tankın gücü xalqın gücünü məğlub edə bilmədi”

“15 iyul hadisələri xalqın müqəddəs zəfər dastanıdır. Xalqımız tarixinə layiq hərəkət edərək əcdadlarımızın qəhrəmanlıq ruhunu yenidən canlandırdı”.

Bunu baş nazir, hakim Ədalət və Inkişaf Partiyasının sədri Binəli Yıldırım partiyanın qrup toplantısındakı çıxışında deyib: “Tankın gücü xalqın gücünü məğlub edə bilmədi. Bu dövlət gücünü tankdan deyil, xalqdan alır. Bütün dövlət çevrilişləri milli iradəyə qarşı xəyanətdir. Qiyamçılar özlərinə inanaraq, bir neçə saat ərzində ölkəni ələ keçirəcəklərini düşünürdülər. Lakin prezident Rəcəb Tayyib Ərdoğan heç bir təhlükədən qorxmayaraq, xalqı ilə birlikdə qiyamçıların qarşısına çıxaraq bu xain dövlət çevrilişi cəhdinin qarşını aldı. Xalqın, dövlətin həyatı təhlükə qarşısında olduğu zaman necə həmrəy olduğumuzu bütün dünya gördü”.

B.Yıldırım dövlət çevrilişi cəhdinin qarşısının alınmasında göstərdiyi həmrəyliyə görə Türkiyə xalqına, siyasi partiyaların rəhbərlərinə təşəkkürünü bildirib, demokratiyanın qalib gəlməsi münasibətilə onları təbrik edib.

Dünən Ankarada baş nazir B.Yıldırımla CHP sədri Kamal Kılıçdaroğlunun görüşü olub. Siyasi partiyaların liderləri iyulun 15-də Türkiyədə baş tutmayan dövlət çevrilişindən sonrakı vəziyyəti müzakirə ediblər. Sonra partiya sədrləri birgə brifinq keçiriblər.

Ölkədə vəziyyətin normal məcrada davam etməsinə səy göstərməyi vəzifə borcu kimi dəyərləndirən K.Kılıçdaroğlu bildirib ki, sabitliyin qorunması demokratik qüvvələrin marağına uyğundur.

Baş tutmayan dövlət çevrilişinin qarşısının alınmasında siyasi partiyaların verdiyi dəstəyin böyük əhəmiyyət daşıdığını deyən B.Yıldırım tutduğu ədalətli mövqeyə görə CHP-yə təşəkkür edib.

Çevriliş edənlərin cənazə namazları qılınmayacaq

Türkiyə Diyanet Işləri Nazirliyindən verilən açıqlamaya görə, hərbi çevrilişə cəhd zamanı ölən hərbiçilərin cənazə namazı qılınmayacaq. Nazirliyin açıqlamasında deyilir: “Cənazə namazı ölən bir mömin üçün müsəlman qardaşları tərəfindən yerinə yetirilən bir ibadətdir. Bu mərasimdə müsəlmanlar ölən mömin qardaşları üçün dua edər, haqlarında yalnız xeyir düşünərlər. Bu insanlar isə etdikləri əməlləri ilə təkcə fərdlərin deyil, eləcə bütün ölkənin hüquqlarını tapdalayaraq mömin qardaşlarının dualarından məhrum olublar”.

Lakin nazirlik onu da qeyd edib ki, zor və təhdidlə bu işə cəlb edilən, heç bir şeydən xəbərsiz həyatını itirmiş zabit və əsgərlər bu qanunun xaricindəÿolacaq.

Avropa Birliyi narazıdır

Avropa Komissiyası bu il Türkiyə ilə viza rejimini ləğv etməyəcək(apa).ÿ “Reuters”in verdiyi xəbərə görə, Avropa Birliyinin rəqəmsal iqtisadiyyat və cəmiyyət məsələləri üzrə komissarı Günter Öttinger Türkiyədə hərbi çevrilişə cəhddən sonra başlayan həbs və işdən çıxarılma dalğası ilə əlaqədar ölkəyə bu il vizasız səyahət haqqı veriləcəyini təxmin etmədiyini deyib. O bildirib ki, Türkiyə hökuməti Brüssel tərəfindən müəyyənləşdirilən şərtləri yerinə yetirməlidir: “Qanunun aliliyi təmin olunmalıdır. Hazırda biz bunu müşahidə etmirik”.

G.Öttinger bu yaxınlarda Türkiyədə millət vəkilliyi toxunulmazlığının ləğv olunmasını və çevriliş cəhdindən sonra aparılan təmizləmələri tənqid edərək bəyan edib ki, bu, müxalif partiyaların, azadlıqların sıxışdırılmasına yönəlib: “Dövlət bir anda minlərlə hakimdən imtina edə bilməz. Məhkəmələrin müstəqilliyi əsas elementdir”.