“Qarabağ” növbəti mərhələdə, “Kəpəz” mübarizəni dayandırdı

qarabagLüksemburqda yerli «Düdelanj» və Ağdamın «Qarabağ» futbol klubları arasında UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşü 1:1 hesabı ilə başa çatıb.

Komandamızın yeganə topunu Reynaldo vurub.

Bir həftə əvvəl Bakıda keçirilmiş ilk oyun 2:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatmışdı.

Beləliklə, “Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə ağdamlıların rəqibi Çexiyanın “Viktoriya Plzen” komandası olacaq.

***

Mərdəkandakı «Dalğa Arena»da futbol üzrə Avropa Lİqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gəncənin «Kəpəz» klubu Avstriyanın «Admira» komandasını qəbul edib.

Cavab görüşü 2:0 avstriyalıların xeyrinə başa çatıb.

Bu komandalar arasında ilk oyun Avstriyada ötən həftə keçirilib və 1:0 hesabı ilə «Admira»nın xeyrinə başa çatmışdı.

Beləliklə, “Kəpəz” Avropa Lİqasında mübarizəni dayandırıb.