Azərbaycanla yanaşı 11 ölkədə prezidentlik müddətsizdir

rovshen agayevRusiyalı iqtisadçı İllarianov xeyli müddət öncə dünyanın 126 ölkəsində prezident seçilmək üçün məhdudiyyətləri araşdırıb. Nəticə belədir:

9 ölkədə müddətsiz prezident seçilmək huququ var, amma gərək fasilə olsun. Yəni 1 dəfə seçildin, növbəti dəfə başqası seçilməlidir, sonra yenə seçilə bilərsən. Məsələn, Çili, İsveçrə, Peruda bu təcrübə var.

3 ölkədə 3 dəfə seçilmək imkanı var. Bu qrupa aparıcı ölkələrədən İran daxildir. Lakin İranda 2 dəfə (4 il müddətinə) ardıcıl seçilmək olur, 3-cü seçim hüququndan fasilə verməklə istifadə etmək olar.
92 ölkədə 2 dəfə seçilmək hüququ var. Bunlardan bəziləri ardıcıl 2 dəfə seçilmək hüququ verir, bəzilərində 1 dəfə seçildikdən sonra fasilə verdikən sonra 2-ci seçim hüququndan istifadə edilə bilər. İki dəfə seçim hüququ olan 95 ölkədə prezidentlik müddəti 3-7 il intervalındadı. Dünyanın inkişaf etmiş, inkişaf etməkdə olan əsas ölkələri ilə yanaşı xeyli sayda 3-cü dünyanı da təmsil edən dövlət bu qrupa daxildir. Məsələn, Qana, Nigeriya, Misir, İrak, Tayvan, Latviya, Braziliya, Ekvador, Əlcəzair Botsvana, CAR, Konqo, Keniya, Əfqanistan, Ermənistan, Banqladeş, Gürcüstan, İndoneziya, Monqolustan, Albaniya, Bolqaristan, Xorvatiya, Kipr, Estoniə, Almaniya, Yunanıstan, Litva, Turkiyə, Haiti, Efiopiya, Avstriya Argentina, Moldova, Fransa, Çexiya, Pakistan və Ukrayanadan başqa xeyli sayda ölkə bura daxildir.

11 ölkədə müddətsiz seçilmək hüququ var: Bura Azərbaycanla yanaşı Belorus, Şimali Koreya, Qazaxıstan, Sudan, Vyetnam, Venesula, Suriya kimi ölkələr daxildir.
Araşdırılan ölkələr arasında 7 illik müddət çox az ölkədə var. Məsələn, Suriya, Özbəkistan, İrlandiya, Tacikstan, Konqo, Seneqal bu ölkələr sırasındadı.

İnkişaf etmiş ölkələrdən İsraildə də 7 ildir, amma cəmi bir dəfə seçilmək hüququ verilir.
Ümumiyyətlə bu 125 ölkənin siyahısına baxanda bir korrelyasiya aydın görünür: ölkələrin inkişaf səviyyəsi ilə prezidentlik müddəti arasında düz əlaqə mövcuddur. Uzunmüddətli və müddətsiz seçim imkanı olan ölkələrin sıyahısına baxın, bu əlaqə aşkar görünür.

Cənab refendum tərəfdarları, beynəlxalq təcrübəyə istinad edəndə bizim hansı ölkələrin təcrübəsinə istinad etdiyinizi də adbaad deyin…

 

Yazı iqtisadçı Rövşən Ağayevin facebook səhifəsindən götürülüb.