Yarım ilə 9,7 milyard dollarlıq itki

nemet-eliyev1Ölkədə istehsal olunan Ümumi Daxili Məhsulun yarım illik həcmi üzrə 9,7 milyard dollarlıq itki əmələ gəlib. Daha pisi odur ki, bu itkilərin 70%-i qeyri-neft sahələrinin payına düşüb. Belə vəziyyət qeyri-neft sektorunun gələcəyinə bağlanan ümidləri puça çıxarır.

Xatırladaq ki, cari ilin ilk 5 ayında bu göstərici üzrə itkilər 8,3 milyard olmuşdu. Deməli, hər növbəti ayda ümumi itkilərimiz daha da çoxalır. Mərkəzi Bankın yarıtmaz məzənnə siyasətinin bu itkilərin daha da böyüməsinə xüsusi “tövhə” verəcəyini də nəzərə almaq lazımdır.

Daha çox itki vermək sahəsində nəinki region ölkələrini çox geridə qoymuşuq, bu məsələdə hətta Orta Asiyadan hansısa ölkənin bizimlə müqayisəyə gələ biləcəyini təsəvvür etmək indi çox çətindir. Ötən il ÜDM üzrə 22 milyard dollar itki verdiyimizi də unutmamalıyıq. Beləliklə milyardlarla gəlirlərdən məhrum olmuş iqtisadiyyatımızı yaxşı perspektiv gözləmir.

 

Yazı iqtisadçı-ekspert Nemət Əliyevin facebook səhifəsindən götürülüb.