Nurəddin Məmmədli: «Xarici ölkələrdə ciddi hadisələr olanda Azərbaycan hakimiyyəti məsələlərin aydınlaşmasını, son məqamı gözləyir»
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı baş verən maraqlı hadisələrdən biri də digər ölkələrin münasibəti idi. Əksər ölkələr dərhal məsələyə münasibət bildirərək qanuni yol ilə seçilmiş hökumətin yanında olduqlarını bəyan ediblər. Bu baxımdan Azərbaycan tərəfinin gecikən mövqeyi maraq doğurur.
Azərbaycan tərəfi baş verənlərə yalnız səhər münasibət bildirib. Bu gecikən mövqeyin səbəbi nədir? Niyə Azərbaycan dövlət çevrilişinə cəhd tam yatırıldıqdan, təhlükə sovuşandan sonra məsələyə münasibət bildirib?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, Azərbaycan tərəfinin beynəlxalq miqyasdakı hadisələrə gecikən reaksiyası birinci dəfə deyil ki, baş verir: “Bir sıra ölkələrdə bilavasitə Azərbaycanın maraqlarına toxunan hadisə baş verəndə Azərbaycan hakimiyyəti məsələlərin aydınlaşmasını, son məqamı gözləyir. Bu ondan irəli gəlir ki, hakimiyyətin fəaliyyətində əminlik yoxdur. Onların məsələyə prinsipial mövqeydən yanaşmırlar. Yalnız öz maraqları çərçivəsində yanaşırlar. Bu da hakimiyyətlərinə problem yaratmamaq kontekstində reallaşır. Türkiyədə hadiəsələr zamanı real mövqe ortaya qoymadılar. Əgər qiyamçılar qalib gəlseydi, Azərbaycan hakimiyyəti onları dəstəkləyərək, çoxdan Ərdoğan rejimini dəyişmək tərəfdarı olduqlarını nümayiş etdirəcəkdilər. Amma bu baş vermədi. Türk xalqı növbəti dəfə öz iradəsini, müdrikliyünü ortaya qoydu. Bundan sonra Azərbaycan hakimiyyəti ”arxadan atılan daş topuğa dəyər” prinsipini əsas götürərək, mövcud rejimi müdafiə etdiyini ortaya qoydu”.
Hikmət