“Əsgərləri linç edənlər də mühakimə olunsun”

kemal-kilicdaroglujpg“Əmr alıb küçəyə çıxan əsgərləri deyil, onlara təlimat verənlərin sorğu-sual edilməsi lazımdır. Türk əsgərinin salndığı vəziyyət heç də ürəkaçan deyil. Hüquqa əməl edilməlidir.  Türkiyə qanunun aliliyinə inanan və bu mövzuda güvəniləcək bir ölkə olmaq istəyirsə, qərarları və təqibləri qanunlar çərçivəsində həyata keçirməlidir”.

Bunu CHP başqanı Kamal deyib. O, çevrilişə cəhd edən əsgərlər kimi əmrə tabe olub küçəyə çıxan əsgərləri linç edənlərin də mühakimə olunmalı olduğunu deyib: “Əsgərləri linç edənlərin də tapılıb mühakimə olunması eyni dərəcədə vacibdir. Türk əsgərinə bu münasibəti heç bir vicdan qəbul edə bilməz”,-deyə CHP başqanı bildirib.

azadliq.info