İşıq pulu artımı başqa sahələrə də təsir göstərəcəkmi?

oqtay-haqverdiyevOqtay Haqverdiyev: «Metropoliten, Dəmiryol Idarəsi dövlətin olduğu üçün onların Tarif Şurasına müraciəti müzakirə oluna bilər»

Enerji sektorunda qiymət artımı cəmiyyətdə əməlli-başlı ajiotaj yaradıb. Çünki enerjinin qiymətinin bahalaşması birbaşa enerjidən asılı olan sahələrdə, məhsullarda da bahalaşma ehtimalı yaradıb. Metropoliten idarəsi qiymət artımını təkzib etsə də, enerjinin qiymətinin artmasının birbaşa elektrik enerjisi ilə fəaliyyət göstərən metro, dəmiryolu kimi sahələrdə də bahalaşmaya rəvac verəcəyi bəlli məsələdir.

Bu arada, Iqtisadiyyatÿ Nazirliyinin mətbuat xidmətinin katibi ÿAbbas Əliyev ÿhazırda Tarif Şurasının gündəliyində digər sahələr üzrə tarif dəyişikliyinin aparılması ilə bağlı məsələnin müzakirə edilmədiyini deyib.

Milli Məclisin deputatıÿ Vahid Əhmədov isə deyir ki, digər sahələrdə də qiymət artımını gözləmək olar: “Elektrik enerjisi bütün məhsulların maya dəyərində oturub. Elə bir məhsul yoxdur ki, onun istehsalı, nəqliyyatında və sairdə elektrik enerjisindən istifadə edilməsin. Digər sahələrdə qiymətin artması gedən iqtisadi proseslərdən asılıdır”.

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev də “Azadlıq”a açıqlamasında bildirib ki, müəyyən qurumlar qiymət artımının labüdlüyünü məhsulun və ya xidmətin maya dəyərinin dəyişməsilə əsaslandıracaqlar. Enerjinin birbaşa təsir etdiyi sahələrin dövlət qurumları olduğunu deyən ekspert, bahalaşmanın daha çox əhali təbəqəsi və özəl sektora təsir göstərəcəyini düşünür: “Dəmiryolu idarəsinin açıqladığı məlumata görə, qurumun bəlli borcları var. Metropoliten idarəsinə isə onsuz da hər il subsidiya verilir. Bu qurumların hamısı dövlətin olduğu üçün onların Tarif Şurasına müraciət edib-etməmək məsələsi müzakirə oluna bilər. Yəni qiymətləri qaldırmaq üçün icazə verilməlidir. Amma inanmıram ki, onların müraciətinə icazə verilsin. Qiymətlər necə var, elə də qalacaq. Çünki həmin qurumlara  subsidiya verilir. Bu mənada, həmin qurumlarda yaxın zamanlarda qiymətlərin qaldırılması mümkün deyil”.

Nigar