Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu gün Almatıda baş verən hadisələrlə bağlı Təhlükəsizlik Şurasının operativ müşavirəsini çağırıb.
Məlumatı Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən RİA Novosti yayıb.
İclasda Nazarbayev Almatıda baş verənləri terror aktı kimi qiymətləndirib.
***
“Reuters”in xəbərinə əsasən 2 polis əməkdaşı öldürülüb.
Şahidlər isə biri mülki şəxs olmaqla, 3 nəfərin öldüyünü, 7 nəfərin isə ağır yaralandığını deyiblər.
Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyindən bildiriblər ki, naməlum şəxslər Almatıda rayon Daxili İşlər Şöbəsinin və MTN Departamentinin binalarına hücum edib.
Silahlı şəxsin və ya şəxslərin şəhərdə dolaşaraq atəş açmağa davam etdiyi bildirilir. Onun qeyri-ənənəvi dini cərəyanın nümayəndəsi olduğu güman olunur.
***
Almatı şəhərinin mərkəzində baş vermiş atışmadan sonra polis antiterror əməliyyatının başlanması barədə bəyanat yayıb.
Məlumatda deyilir: “Bununla əlaqədar hamıdan xahiş edirik ki, evlərini tərk etməsinlər, insanların kütləvi toplandığı yerlərdən uzaq olsunlar. Bütün şübhəli şəxslər barəbə ləngimədən hüquq-mühafizə orqanlarına məlumat versinlər və xüsusi xidmət orqanlarının hərəkətlərinə anlayışla yanaşsınlar”.
Daxili işlər departamentindən bildirilib ki. operativ vəziyyətdə dəyişikliklər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
* * *
Bu səhər Qazaxıstanın Almatı şəhərinin Almalı rayon polis idarəsinin yaxınlığında atışma baş verib.
Hadisə şahidlərinin və sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, qara geyimli naməlum şəxs avtomat silahdan polis əməkdaşlarına tərəf atəş açıb. O, maşın saxlamaq istəyib və sonradan hadisə yerindən qaçıb.
Rayon polis idarəsi və Milli Təhlükəsizlik Komitəsi departamentinin binaları polis tərəfindən əhatəyə alınıb. Hadisə yerinə təcili yardım maşını gəlib. Təsdiq edilməmiş məlumatlara görə, iki nəfər xəsarət alıb.