Azərbaycanda avtoritarizmə qarşı mübarizənin simvolları – #AXC27

qanimat-zahid-yeniXalq Cəbhəsinin üzvü nə ilə və necə fərqlənir?

Qənimət Zahid

Xalq Cəbhəsinin yaranmasını xatırlayırammı? Bugünlərdə bir gənc mənə belə bir sual yazmışdı. Qısaca cavab verdim: “Əlbəttə, xatırlayıram“. Virtual mükalimə elə burda da bitdi.

Amma mən bu hadisəni, sadəcə olaraq, xatırlamıram, həm bu hadisəni yaşam kimi hiss edirəm bütün əvvəlki (yəni, Xalq Cəbhəsinin yaranmasına gətirib çıxaran) sonrakı prosesləri yaşadığımı hiss edirəm. 1988-ci ilin Meydan hərəkatına qədərki, sonra Xalq Cəbhəsinin yaranması, təşkilatlanması daha sonra ta bu günlərə qədər bu təşkilatın daxilində ətrafında cərəyan edən bütün prosesləri yaşamışam axı.

Yeri gəlmikən, Meydan hərəkatı ilə manipulyasiya edənlər var. Bəziləri, bioqrafiyasının bütün digər olaylarını qabarda bilməyəndə, öz həyatlarını, məhz, Meydan hərəkatındakı rolunu şişirtməyə həsr edirlər bu mənə bir az da gülməli gəlir. Meydan hərəkatının təşəbbüsçüləri təşkilatçıları arasında yer alanların da hamısını xatırlayıram, tanıyıram onların əksəriyyəti həyatın sonrakı prosesləri ilə uğraşdıqları üçün çox böyük təvazökarlıqla Meydan hərəkatının müəllifliyinə iddia etməkdən vaz keçirlər. Amma söhbət bunda deyil.

Mən Xalq Cəbhəsini cəbhəçilərlə yaşayıram. Əvvəllər onlar daha çox idilərmi? Bəli, daha çox idilər. 1992-ci ildə, Xalq Cəbhəsi hakimiyyətin astanasında olanda lap çox idilər. Bir siyasi təşkilat üçün yetərincə normal prosesdir: bəzən azalar, bəzən çoxalar. Amma buazalanlar“, “çoxalanlarhansısa bir nüvənin, əsas mərkəzin ətrafında yığılıbdağılarlar. Həmin o NÜVƏ isə həmişə qalar. O nüvə qalmasa azalmaçoxalma kimi kəmiyyətləri müqayisə etmək mümkünsüz olar.

Azərbaycanın siyasi həyatının məhək daşları

Xalq Cəbhəsi öz tarixi boyu bir neçə dəfə parçalanma şoku da yaşayıb. Mən bu parçalanmaların sırf ideoloji əsasda baş verdiyini qəbul etmirəm. Bütün qopmalardaparçalanmalarda əsas arqument, bəzən hətta, görünməyən arqument praqmatizm olub. Kimsə vədlər alıb, kimsə vədlərə susayıb, kimsə öz nifrətini ictimai boşqabda təqdim etməyi bacarıb sair. Amma cəbhəçilər Azərbaycanın siyasi həyatının unikal, idealist, mübarizə simgəsi adlana biləcək məhək daşları kimi var olaraq qalmaqdadırlar.

Cəbhəçilikavtoritarizmin bütün mərhələlərində tətbiq edilən aramlıaramsız repressiyaların ilk hədəfi olub olur. Milli müqaviməti, ictimai təpəri, sosial sifəti, kütləvi yaddaşı dağıtmaq üçün atılan bütün repressiv addımlar ilk növbədə cəbhəçiləri hədəfə alıb. İndi elədir. Avtoritarizm var olduqca belə olacaq. Şübhəsiz, elə buna görədir ki, özü üçün urvatlı bir sosial sima saxlamaq şərtilə siyasi meydana atılan, siyasi mübarizənin tərəfinə çevrilmək iddiasında olduğunu bəyan edənlərin daha praqmatik olanları da ilk növbədə onun qayğısına qalıblar ki, cəbhəçilərlə hansısa bir məsafəni saxlasınlar. Cəbhəçilərə çox yaxın görünmək diktaturanın həmlələrinə şərik olmaq deməkdir.

Cəbhəçilər bunu hər kəsdən daha artıq bilirlər. Özünü praqmatik siyasi qüvvə, siyasətə dəxlinin olduğunu gizlətməyə üstünlük verən bütün ictimai mübarizə cəngavərlərindən daha artıq cəbhəçilər bilirlər bunu. Buna baxmayaraq, onlar radikaldır, ədalətsizliyə qarşı birmənalı barışmazdırlar. Cəbhəçilər bilirlər ki, bu sərt barışmaz mövqe onları həbslərə aparır, təhdid təqiblərin ilk qurbanlarına çevirir. Amma cəmiyyətin mənafeləri onların iliyinə hopub, onlar diktaturanın bütün millətə qarşı işləklərinin təsirini öz sümüklərinə, canlarına, həyatlarına çəkib o ictimai ağrıları azaldırlar. Şüurlu şəkildə edirlər.

Hərdən təsəvvür etmək istəyirəm ki, cəbhəçilər olmasa, Azərbaycanın siyasi həyatında, ictimai şüurunda vəziyyət necə olardı illah eləyirəmsə, o şəraiti gözümün qabağına gətirə bilmirəm.

Ölkənin sınmayan qəddinin göstəricisi

Aydındır, Azərbaycanda avtoritar rejim bərqərar olub, diktatura, xüsusilə neft bumu illərində insanlığa yaraşmayacaq hoqqalardan çıxıb həmin inersiya ilə davam edir. Aşağıdan fərarilərin iniltisi, yuxarıdanyeni qüvvəssenarisi üzərində səssəsə verənlərin bağırtısıAmma ölkənin bu ən ağır şəklinin ən optimist çaları elə həmin cəbhəçilərdir.

Həm , bu, mübarizə standartıdır. Əgər diktatura bu ölkənin ən qəddar düşmənidirsə, bu ölkəni ən qəddar düşmənlər kimi sındırmaqdadırsa, cəbhəçilik bu ölkənin düşmən qarşısında əyilməyən, sınmayan qəddinin göstəricisidir.

Daha praqmatik olanlar daha isti daha rahatmübarizəaparanlardır.

qədər çox praqmatik olacaqsansa, o qədər çox rahat olacaqsanAmma cəbhəçilər praqmatikdirlər. Onların praqmatizmi buna söykənir: “Haqsızlıq varsa, ona qarşı çıxmaq lazımdır“; “zülm varsa, ona qarşı dirəniş olmalıdır“. Xalq Cəbhəsi isə Azərbaycan xalqının təşkilatlanma, təşkilatlanaraq mübarizə aparma, təşkilatlanaraq siyasətdə olma kültürünün parlaq ifadəsidir.

Cəbhəçilər Azərbaycanda avtoritarizmə qarşı mübarizənin simvollarıdır. Az əvvəl dediyim kimi, gələnlər , gedənlər var. Qalanlar da var. Lap əvvəlki zamanlardan indiyə qədər qalanlar var. Onlarla, yüzlərlə, minlər, onminlərləonlar hər yerdə var. Onlar hər yerdə görünürlər.

Azərbaycanın bütün coğrafiyasında cəbhəçilər var onlar hər yerdə avtoritar təfəkkürə qarşı demokratik şüuru, inzibati terrora qarşı sarsılmaz iradəni nümayiş etdirən Azərbaycan vətəndaşlarıdır. Onlardan təbəə düzəltmək mümkün olmadı olmayacaq da. Çünki, onlar Xalq Cəbhəsinin üzvləridir.