Fransada dәhşәtli terror: 84 ölü, 200 yaralı FOTO VİDEO

fransa-da-teror

Ölkədə 3 günlük matəm elan olundu, fövqəladə vəziyyət daha 3 ay uzadıldı

ABŞ, Avropa Birliyi, NATO qınadı, Putin Fransa xalqına müraciət etdi

Parisdəki qanlı olaylardan cəmi 8 ay sonra Fransa növbəti terrorla üzləşdi. Budəfəki hədəf Nitsa şəhərində Bastiliya qalasının alınmasını bayram edən izdiham oldu. Terrorçu idarə etdiyi yük maşınını küçədə bayram şənliyini qeyd edən insanların üzərinə sürdü. Şahidlərin dediyinə görə, yük maşını dayanmadan ziqzaqvari hərəkət edərək təxminən 2 kilometr məsafədə insanları əzib. Bundan sonra o, polis əməkdaşları ilə atışmağa başlayıb və öldürülüb. Hadisə zamanı Nitsa şəhərinin polis rəisinin müavini də həyatını itirib.

Son məlumata əsasən, insident nəticəsində həlak olanların sayı 84-ə çatıb, yaralıların sayı isə 200-dən çoxdur. Ölənlərdən 12-si, yaralılardan isə 54-ü uşaqdır. Teraktda xəsarət alanlardan 50 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Ölənlər arasında 8 xarici ölkənin vətəndaşı var

Teraktda ölənlər arasında 8 xarici ölkənin vətəndaşı var. “Le Figaro”nun yazdığına görə, onlardan biri Rusiya, biri Ermənistan, üçü Almaniya, ikisi ABŞ, biri Ukrayna, biri Əlcəzair, biri Mərakeş, biri də Isveçrə vətəndaşıdır.

Eyni zamanda Belçika Xarici Işlər Nazirliyi ölkəsinin 20 vətəndaşından xəbər ala bilmədiyi barədə məlumat yayıb. Almaniya hökuməti isə Nitsada tətildə olan Berlinin 28 məktəblisi barədə xəbər ala bilmədiyini açıqlayıb. Ölənlər arasında bir müəllimə və iki qız şagirdin də həmin qrupdan olduğu bildirilir.

 

Terrorçu kimdir?

Məlum olub ki, terrorçu Tunis əsilli, 31 yaşlı Muhammed Laxuayey Buleldir. Polis onun yaşadığı mənzildə axtarış aparıb. Bulelin evindən silah tapılmayıb. Terrorçunun məhkumluğu olsa da, yerli hüquq-mühafizə orqanlarında onun terrorçularla bağlılığına dair heç bir məlmuat olmayıb. Teraktda istifadə etdiyi yük maşınını isə Bulel hadisədən bir gün əvvəl icarəyə götürübmüş.

Hadisəyə görə məsuliyyəti IŞID-in üstləndiyi bildirilsə də, hələlik rəsmilər bu barədə konkret açıqlama verməyib. Fransa baş naziri Manuel Vals sadəcə onu bildirib ki, terrorçunun radikal islami qruplarla əlaqəsinin olması şübhəsizdir.

Qanlı olayla bağlı Fransada üç günlük matəm elan olunub, fövqəladə vəziyyət isə dahaÿ3 ay müddətinə uzadılıb. Bu hadisə baş verməsəydi, Fransada terrorla bağlı bundan əvvəl elan edilmiş fövqəladə vəziyyət iyulun 26-da başa çatacaqdı.

Fransa prezidenti Fransua Olland terror aktından dərhal sonra Təhlükəsizlik Şurasının məhdud tərkibdə iclasını keçirib. Iclasdan sonra o, teraktın baş verdiyi Nitsa şəhərinə yollanıb. Prezidentlə birgə baş nazirÿManuel Vals və daxili işlər naziri Bernar Kaznev də Nitsaya gedib.

Olland dəhşətli terror aktının dəyərlərə, insan haqlarına hücum olduğunu deyib: “Terrora qarşı mübarizədə hər şeyi etməliyik. Fransa milli bayram günü vuruldu. Bu bayram, azadlıq və insan hüquqlarının bayramıdır. Hücumun hədəfində də sözsüz ki, bu dəyərlərdir”.

 

https://www.youtube.com/watch?v=9DFkRtPGV3w

https://www.youtube.com/watch?v=j_IU4UF51ME

https://www.youtube.com/watch?v=UCAY0FC9m2c

 

https://www.youtube.com/watch?v=CJ9qfiiwhk0

https://www.youtube.com/watch?v=469ymQRZzwY

Obama: “Qorxunc hücumdur”

ABŞ prezidenti Barak Obama Nitsadakı hadisəni qorxunc terror hücumu adlandırıb və baş verənləri kəskin şəkildə qınadığını bildirib: “Dualarım həyatını itirənlərin ailələri üçündür. Yaralılara şəfa diləyirəm. Hadisənin araşdırılması və cinayətkarların ədalətə təslim edilməsi üçün Fransa hüquq-mühafizə orqanlarına hər cür yardımı etməyə hazırıq. Köhnə müttəfiqimiz olan Fransa ilə həmrəy olduğumuzu bəyan edirik”.

BMT Təhlükəsizlik Şurası Fransanın Nitsa şəhərində yük maşını ilə dinc insanlara hücumu “barbarlıq və terror aktı” adlandırıb. Qurumun mətbuat üçün xüsusi açıqlamasında ölənlərin ailələrinə başsağlığı verilib, günahkarların cəzalandırılmasının zəruriliyi vurğulanıb.

NATO baş katibi: “Dəhşətə gəldim”

NATO baş katibi Yens Stoltonberq  Nitsada baş verən qanlı teraktı alçaqcasına hücum adlandırıb. Baş katib olaydan dəhşətə gəldiyini bildirib: “Dəhşətə gəldim və çox kədərliyəm. NATO Fransa xalqı ilə həmrəy olduğunu bildirir”.ÿ

Britaniyanın yeni baş naziri Tereza Mey hücumdan şoka düşdüyünü bildirib.ÿT.Mey terror qurbanlarının ailələri və yaxınlarının durumuna görə narahatlıq keçirdiyini deyib.

Avropa Birliyi Şurasının sədri Donald Tusk Fransada törədilən qanlı teraktı pislədiklərini və sərt şəkildə qınadıqlarını bildirib.

Tusk Fransa Inqilabının şüarları olan azadlıq, bərabərlik və qardaşlığı qeyd edənlərə hücum edilməsini faciəvi ziddiyyət adlandırıb.

 

Merkel: “Kəlmələr ifadə edə bilməz…”

Almaniya kansleri Angela Merkel də teraktı qorxunc hücum adlandırıb: “Bu acı dəqiqələrdə bizi fransız dostlarımızla birləşdirən şeyi kəlmələr ifadə edə bilməz. Bu qorxunc hücum fransız xalqının milli bayramında – qürur gününün hüzn gününə çevrildiyi bir gündə həyata keçirildi”.

Rusiya baş naziri Dmitri Medvedev Nitsada törədilən teraktı qınayıb. Medvedev sosial şəbəkədəki hesabından Fransaya başsağlığı verib:ÿ “Canavarcasına törədilən bu terror hücumu ilə əlqadar Fransaya başsağlığı verirəm”.

Putin: “Bu cinayət xüsusi qəddarlıqla törədilib”

Rusiya prezidenti Vladimir Putin Nitsa terroru ilə bağlı Fransa xalqına videomüraciət ünvanlayıb.ÿ Müraciət Rusiya prezidentinin rəsmi saytında yayılıb. Putin bildirib ki, Fransa prezidentinin və ölkə rəhbərliyinin telefon söhbətinə vaxtının olmadığını anladığı üçün bu cür müraciətlə çıxış etmək qərarına gəlib:ÿ “Əziz Fransua!ÿRusiya terrorun, təhdidin nə olduğunu və onun bizim hamımıza nələr edə biləcəyini bilir. Xalqımız bu cür faciələrlə az rastlaşmayıb. Rus xalqı da baş verənlərə görə dərin kədər keçirir və Fransa xalqı ilə həmrəy olduğunu bəyan edir.

Cənab prezident! Ölənlərin yaxınlarına kədərimizi çatdırın və bizim adımızdan başsağlığı verin. Eyni zamanda bütün qurbanların ailələrinə səmimi dəstəyimizi çatdırır, yaralılara şəfa diləyirik”.

Putin Nitsa terrorunu xüsusi qəddarlıqla törədilən cinayət adlandırıb. Vəÿbir daha bildirib ki, terrorizmə yalnızÿgücÿbirliyi ilə qalib gəlmək olar.

 

Türkiyə bayrağı yarıya endirildi

Türkiyə hökuməti Nitsa şəhərindəki qanlı terror aktını kəskin şəkildə pisləyib. Xarici Işlər Nazirliyinin açıqlamasında bildirilir ki, fransız xalqının acısına şərik olan Türkiyə terrorçuluqla mübarizədə Fransa ilə birlikdədir. Açıqlamada həlak olanlara Allahdan rəhmət, onların doğmalarına səbr, yaralananlara şəfa dilənib. Türkiyənin Avropa Birliyi  naziri Ömər Çelik də sosial şəbəkədəki hesabında Nitsadakı terror aktını kəskin şəkildə pislədiyini ifadə edib.

Dünən Türkiyə bayrağıÿ Nitsadakı qanlı terror hadisəsi ilə əlaqədar yarıya endirilib. Türkiyə baş naziri Binali Yıldırım Fransa xalqının kədərini paylaşdıqlarını, türk milləti olaraq Fransa xalqının və hökumətinin yanında olduqlarını, terrorla mübarizədə hər cür kömək və dəstəyə hazır olduqlarını bildirib.

Azərbaycanlılar varmı?

Azərbaycan Xarici Işlər Nazirliyiÿdə Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyib: “Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”.

XIN hazırda Fransada olan Azərbaycan vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırıb.

Azərbaycanın Fransadakı səfirliyindən isə bildirilib ki, Nitsadakı terakta ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

AXCP sədri Fransa xalqına başsağlığı verdi

AXCP sədri Əli Kərimli Fransanın Nitsa şəhərində törədilən terrorla bağlı başsağlığı verib. AXCP liderinin “Facebook” səhifəsində paylaşdığı başsağlığı mətnində deyilir: “Fransanın Nitsa şəhərində törədilmiş dəhşətli terrorun qurbanlarının sayı 84 nəfərə çatdı. Ölənlər arasında xeyli uşaq da var. Çoxlu sayda ağır yaralı var. Terror qurbanlarının sayı arta da bilər. Bu ağır gündə Fransa xalqının acısını paylaşır, terroru lənətləyirik! Avropa şəhərlərində törədilən terror aktlarının bir məqsədi də Avropada yaşayan müsəlmanlarla yerli əhali arasında münasibətləri gərginləşdirmək, qarşılıqlı etimadsızlıq, dini dözümsüzlük ovqatı yaratmaqdır. Ümid edirəm ki, terrorçular bu məqsədlərinə də nail ola bilməyəcəklər”.