Devid Kameron Bukinqem sarayını tərk etdi, Tereza Mey gəldi
Böyük Britaniya kraliçası II Yelizaveta dünən Devid Kemeronun istefasını qəbul edib. Artıq sabiq baş nazir Bukinqem sarayını tərk edib.
Mühafizəkarlar Partiyasının lideri Tereza Mey isə rəsmi olaraq Britaniyanın baş naziri təyin edilib. Tereza Meyin bu vəzifəyə təyinatı Bukinqam sarayında Kraliça Yelizaveta tərəfindən qəbul edildikdən sonra onun sərəncamı ilə rəsmiləşib. Tereza Mey hazırkı Kraliçanın hakimiyyətdə olduğu dövrdə artıq Britaniyanın 13-cü baş naziridir.
Kraliça ilə görüşdən sonra mediaya açıqlama verən yeni baş nazir Avropa Birliyindən ayrılma qərarından sonra ölkəsini daha da böyüyəcəyini vəd edib: “Hər şey xalq üçün olacaq. Heç kimə ayrıseçkilik edilməyəcək. Britaniyanın baş naziri kimi söz verirəm, bir neçə zəngin üçün deyil, bütün xalq üçün çalışacağıq. Ən yaxşı nədirsə, onu da edəcəyik”.
59 yaşlı Tereza Mey 2010-cu ildən Britaniyanın daxili işlər naziri olub. O, Marqarit Tetçerdən sonra, daha dəqiqi, 26 ildən sonraÿkrallığın qadın baş naziri kimi diqqət mərkəzindədir.
Xatırladaq ki, yeni baş nazirin sələfi Devid Kemeron iyunun 23-də Britaniyada keçirilmiş referendumun nəticələrinə görə istefa verib. Referendumun nəticələrinə əsasən britaniyalıların əksəriyyəti Birləşmiş Krallığın Avropa Ittifaqından çıxmasının lehinə səs verib.









