Əliyevlə Poroşenko Azərbaycan və Ukrayna dillərində danışırlar

eliyev-parasenkoBakıda Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasının nəticəsi olaraq, bir sıra ikitərəfli sənədlər imzalanıb.

Ölkə başçıları Prezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıblar.

Həmçinin, Azərbaycan prezidenti İlham Əliyev və onun ukraynalı həmkarı Pyotr Poroşenkonun iştirakı ilə iki ölkənin gömrük orqanları arasında hava nəqliyyatı ilə yük daşınması zamanı gömrük pozuntularına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sənəd və iki ölkənin Mədəniyyət nazirlikləri arasında 2016-2020-ci illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramı imzalanıb.

Sonra Azərbaycan və Ukaryna prezidentləri İlham Əliyevlə Pyotr Poroşenkonun mətbuat konfransı başlayıb. Prezidentlər öz doğma dillərində danışırlar. Amma zalda tərcüməçilər var və onlar liderlərin çıxışlarını tərcümə edirlər.

* * *12:24

“Ukrayna və Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial var”.

“İnterfaks-Ukrayna” xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Bakıda keçirilən Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasında deyib.

“Xalqlarımız arasındakı münasibətlərdə böyük potensial var. Hətta deyərdim ki, prezidentlər arasında isti və dostluq münasibətləri mövcuddur. Biz fəal danışıqlar prosesindəyik”, – deyə P.Poroşenko bildirib.

Onun sözlərinə görə, tərəflər arasında əldə olunan bütün razılaşmalar qətiyyətlə təşviq edilir və həyata keçirilir.

Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından Ukrayna prezidentinin Bakıya səfərinin önəmini qeyd edib. (virtualaz.org)