Azərbaycan iqtidarı rəsmən Gürcüstanda yaşayan soydaşlarımıza divan tutur. Belə bir qərar vermək heç yağı düşmənin də ağlına gələ bilməzdi. Məsələ belədir. Gürcüstanda yaşayan soydaşlarımız öz şəxsi avtomobilləri ilə Azərbaycana gələ bilməzlər. Onları nə yasa, nə toya, nə də ki, yaxınlarına baş çəkməyə qoyurlar. Əgər kimsə öz avtomobili ilə Azərbaycana gəlmək istəyirsə, gərək avtomobilin dəyərinə uyğun gömrük məntəqəsində depozit pul qoya. Kimin evində artıq 5-6 min dollar pulu var ki, onu sərhədəd girov qoyub Azərbaycana keçsin? Niyə belə olmalıdır? Bir anlığa şəxsi avtomobili olan və qəflətən Bakıdakı doğmasının ölüm xəbərini alan, ancaq özünü dəfnə çatdıra bilməyən soydaşımızın vəziyyətini təsəvvür edin. Bunlar rəsmi surətdə xalqımıza qarşı düşmənçilik edirlər. Siz də bunlardan ərazilərimizi işğaldan azad etməyi gözləyirsiniz…
Yazı Tofiq Yaqublunun facebook səifəsindən götürülüb.