Portuqaliya Avropa çempionu oldu

potogizBu gün Fransada keçirilən “Avro-2016”nın qalibi məlum olub. Bununla da iyunun 10-da start götürən qitə birinciliyi sona çatıb. Həlledici oyunda meydan sahibləri ilə Portuqaliya millisi üz-üzə gəlib.

Oyunda əsas vaxtda hesab açılmayıb. Əlavə vaxtın ikinci hissəsində Portuqaliya millisi bir top vuraraq Avropa çempionu olub. Qolu 109-cu dəqiqədə Eder vurub.

Portuqaliya matçın 25-ci dəqiqəsindən etibarən özünün ən yaxşı oyunçusu Ronaldosuz oynama məcbur olub. 17-ci dəqiqədə dizindən zədə alan Ronaldo nə qədər çalışılsa da meydanda qala bilməyib. Zədəsi hərəkt etməyə imkan vermədiyi üçün 25-ci dəqiqədə meydanı xərəkdə tərk edib.