Vahid Məhərrəmov: «Soyuducu anbarlara yığılan məhsulun satış qiyməti bir qədər sonra indikindən də xeyli yüksək olacaq»
Yayın orta ayı olsa da, mövsümi meyvə-tərəvəzlərin qiymətində ucuzlaşma müşahidə edilmir. Qış aylarında baha olan tərəvəzlərin qiyməti də olduğu kimi qalır. Qiymətlərin hazırkı həddi qış aylarında vəziyyətin yaxşı olmayacağını düşünməyə əsas verir.
Hazırda – məhsulun bol vaxtında qiymətlər belədirsə, o zaman qış ayına hansı proqnozları vermək olar?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, manatın dəyərdən düşməsi, eləcə də istehsalın azalması bazara ciddi şəkildə təsir göstərib. Ekspert gələcəkdə vəziyyətin çətin olacağını pronozlaşdırmaqla yanaşı, həm də qiymətlərin birmənalı şəkildə artacağına əmindir: “Bir müddətdən sonra soyuducu anbarlara yığılan və xərc tələb edən məhsulun satış qiyməti indikindən xeyli yüksək olacaq. Qiymətlərin təxminən 20-30 faiz artacağı gözlənilir. Bu da çəkilən xərclə bağlı olacaq”.
Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü deyən ekspertin sözlərinə görə, istehsal da ciddi şəkildə azalıb, “Rəsmi statistika istehsalın azalmasını göstərməsə də, reallıqda bu sahədə ciddi enmə müşahidə olunur”.
Nigar