Bakıda gəlinlik paltarlarını qəsdən məhv edən şəxsin kimliyi müəyyən edilib, cinayətin sifarişçisi tutulub
Bakıda gəlinlik paltarlarını qəsdən məhv edən şəxsin şəxsiyyəti müəyyən edilib, cinayətin sifarişçisi tutulub.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv edən şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib.
Hadisəni sifariş edən Bakı şəhər sakini Leyla Ağayeva tutulub.