Hüquq sisteminin absurdları

esabeli_1Tanınmış vəkil Əsabəli Mustafayevin işi ilə bağlı növbəti məhkəmə prosesi olub. Vəkil kobud qanun pozunturalı baş vermiş proses barədə fikirlərini Facebook səhifəsində paylaşıb:
“Mən Baş prokurorluğun Ağır Cinayət İşlərinə Dair İstintaq İdarəsinə qarşı məhkəmə nəzarəti qaydasında Nəsimi rayon məhkəməsinə şikayət vermişəm.Şikayətdə rəhbərlik etdiyim QHT-yə qarşı 2014-ci ilin aprel ayından istintaq araşdırılmasının bu günə qədər aparılmasının, bu araşdırma çərçivəsində həm təşkilatın, həm də mənim bank hesablarına həbslərin, ölkədən çıxışıma qadağanın qoyumasının qanunsuzluğunun tanınması xahiş olunurdu. Məhkəmədən bu məhdudiyyətlərin götürülməsi tələb olunurdu. Məhkəmə iki dəfə iclas təyin etsə də, prokurorluq nümayəndələri gəlmədiyi üçün təxirə salınırdı.Bu gün nahayət müstəntiq və prokuror prosesə gəldilər. Qaydaya uyğun olaraq mən çıxış edərək şikayəti müdafiə etdim. Prokuror və müstəntiq çıxış edərək istintaqın hələ davam etdiyi üçün şikayətin təmin olunmamasını xahiş etdilər.Bundan sonra hakim müşavirəyə getdi. Mən gözləyirdim ki, məhkəmə mahiyyəti üzrə qərar qəbul edəcək, çünki iş üzrə tərəflər çıxış etmiş, bununa da şikayətə mahiyyəti üzrə baxılmışdır.Lakin məhkəmə elan etdiyi qərarla şikayəti qeyri-mümkün saydı və mənə məsləhət verdi ki, şikayəti inzibati icraat qaydasında verim???. Hətta istintaq nümayəndələri də məətəl qaldılar ki, əgər belə qərar qəbul edəcəksənsə, bizi nə üçün çağırmısan.Bu qərar ona görə absurddur ki, bank hesablarına həbslər, ölkədən çıxışa qadağa məhz cinayət işi çəreçivəsində qoyulmuşdur. İnzibati icraat haqqında qnunvericilikdə birbaça göstərilib ki, cinayət işilə əlaqəli mübahisələr
inzibati icraat qaydasında baxıla bilməz.
Bu günki proses (o cümlədən Ənnağə Hacıbəylinin şikayəti üzrə qəbul edilmiş qərar), xüsusilə də prokurorluğun mövqeyi bir daha göstərdi ki, ölkədə vətəndaş institutlarına qarşı basqıların dayandığı haqda hakimiyyət və bəzi QHT nümayəndələrinin bəyanatları ancaq nağıldır. Bu bəyanatlar imitasiyadan başqa bir şey deyildir. Çox təəssüf ki, bu imitasiyaya Avropa İttifaqı və Avropa Şurası, özünü müstəqil elan etmiş bir sıra yerli QHT-lər qoşulublar. Bu minvalla ölkədə vətəndaş cəmiyyətinin dirçəlməsi mümkün olmayacaqdır”.