Öz şirkətlərini idarə edə bilməyənlər…

aliyevler-ataholdingÖlkəni necə idarə edə bilər?

Böhranın dalğası o qədər böyüyüb ki, artıq hökumət də bunu öz canında hiss edir. Uzun müddətdir “böhran xalqa təsir etmədi” təbliğatı aparanlar, böhrandan milyonları itirməklə təsirləniblər.

Əvvəlcə məlum oldu ki, Baş nazirin müavini Abid Şərifova məxsus “EVRASCON” (keçmiş “Azərkörpü”) ASC 5000 əməkdaşını ixtisara salıb. Bu azmış kimi şirkət 5 aya yaxındır ki, hesablanmış əmək haqlarını ödəyə bilmir.

Sonra məlum oldu ki, hakim ailəyə məxsus “Ata Holdinq” şirkəti də zərərə uğrayıb. Belə ki, “PricewaterhouseCoopers Audit Azerbaijan” şirkəti iyunun 29-da “AtaHolding” şirkətlər qrupunda maliyyə ÿhesabatlarının illik auditini başa çatdırıb. Ötən il holdinqin 21 milyon 674,5 min manat zərərə ÿuğraması faktı təsdiqlənib. Hesabata görə, prezident Ilhamÿ Əliyevin övladlarının nəzarətindəÿ olan bu holdinqin zərərləri bütövlükdə ÿ59,3 milyon manata çatıb.

Hazırda qrupa “AtaBank”, “AtaSığorta”, “AtaLizinq” ASC-ləri, “AtaTurizm”, “AtaTravel”, “Şəmkir Quşçuluq” MMC-ləri, “ExcelsiorHOTEL-Baku” hoteli, “AtaTexnologiya” vəÿs. şirkətlər daxildir. “AtaHolding” həm dəÿMonteneqroda hotelçiliyə ÿvə ÿbank sektoruna iri həcmli sərmayələr qoyan “Azerbaijan Global Investments” MMC-nin 3 ortağından biridir. Holdinq eyni zamanda “Bank VTB (Azərbaycan)” ASC-nin səhmlərinin dəÿyarısına nəzarət edir.

Bəli, ailə bankları devalvasiyadan mənfəətlə çıxsa da, ümumilikdə şirkətlər zərərlə işləyib.

Göründüyü kimi, ölkənin ən böyük şirkətləri də zərərlə işləyir. Həm də bu şirkətlər üçün vergi problemi, gömrük əngəli, qeyri-rəsmi ödənişlər tələbi yoxdur. Yəni bu şirkətlər üçün hər yerdə “yaşıl işıq”dır. Amma bütün bunlara baxmayaraq ötən müddət ərzində hökumətin başında duran adamların başçılıq etdiyi holdinqlər zərər içindədir.

Bu ölkənin həqiqətən də batmasının göstəricisidir. Bu, hakimiyyətin bacarıqsızlığının, səriştəsizliyinin, yarıtmazlığının göstəricisidir. Dövlət qurumları borc içindədir. “Azərenerji”, “Azərsu”, “ARDNŞ” və digər böyük qurumlar iflic vəziyyətə düşüb, hökumətin prioritet elan etdiyi qeyri-neft sektounun ixracında 40 faizlik geriləmə qeydə alınıb, milli valyuta 3-cü devalvasiya ərəfəsindədir və yüksək vəzifəlilərə məxsus şirkətlər də böhranın qurbanına çevrilib. Hökumət nə dövlət qurumlarını qoruya bilir, nə də şəxsi şirkətləri. Bəs, gecə-gündüz təbliğatını apardıqları uğur nədə ifadə olunur? Bütün sahələrdəki tənəzzül rəsmən etiraf edilirsə, hansı uğurdan söhbət gedir?

Prezidentin qızının şirkəti 59 milyon manat zərərlə işləyibsə, xırda və orta sahibkarların vəziyyəti necə yaxşılaşa bilər? Söz sahibi olanların sözü qurtarıbsa, söz deməyə haqqı olmayanlar necə yaşamalıdır?

Dövləti idarə edənlər öz şirkətlərini qorumaqda acizdirlər, xalqın bu gününü və sabahını, ümumiyyətlə, qoruya bilməzlər. Açıq şəkildə görünür ki, idarə edə bilmirlər, düşüncələri, savadları, qətiyyətləri vəziyyətə adekvat deyil. Faktiki hökumət ölkəni Allahın ümidinə buraxıb. Yəni hərəkət etmədən bərəkət gözləyirlər. Bu isə mümkün deyil.

Əgər milyardların dövr elədiyi şirkətlər də təslim olursa, ötən il yarım ərzində heç bir sahədə zərrə qədər iərliləyişə nail olunmayıbsa, hökumət istefa verməlidir. Ölkədə “dolma festivalı”, “Süd olimpiadası”, “Formula-1″ yarışları keçirmək heç nəyi dəyişmir. Səriştəsizlik, antimilli mahiyyət ölkəni hər gün daha böyük uçuruma yuvarlayır.  Bunların idarəçilik, qurub-yaratmaq, qeyri-neft sektorunu önə çıxarmaq qabiliyyətləri yoxdur. Bunlar ancaq neftin pulun saymağı, bu pulu ölkədən çıxarmağı və vətəndaşa zülm etməyi bacarırlar.

Samir