AÇ: Almaniya 1/2-da

futbol almaniya-italiyaAvro-2016”da 1/4 finalın oyunları davam edir. Bu gün daha bir yarımfinalçının adı məlum olub.
Almaniya və İtaliya milliləri üz-üzə gəlib. Erkən final adlandırılan görüşün əsas vaxtında tərəflər hərəyə bir qol vurub. Əlavə vaxtda qol olmayıb və qalib penalti seriyasında müəyyənləşib. Burda isə almanlar daha dəqiq olub.

Qollar: Məsut Özil, 65 (1:0), Bonucci, 78-pen. (1:1)

Bu oyunda qalib gələn komanda yarımfinalda Fransa – İslaniya cütünün qalibi ilə qarşılaşacaq.