Mərkəzi Bank dollar satışını niyə dayandırıb?

samir-eliyev-iqtisadciSamir Əliyev: «Buna səbəb tələbatın çox yüksək olmaması və Mərkəzi Bankın ehtiyatlarının azalmasıdır»

Azərbaycan Neft Fondu bu ilin əvvəlindən yerli valyuta hərracları bazarında fəal oyunçu olmağa başlayıb. Onun rolu milli valyutanın – manatın dəstəklənməsindən ibarətdir. Belə ki, Mərkəzi Bankın vəsait çatışmazlığı səbəbindən manat əvvəlki sabitliyini itirib.

Iyunun son günləri Neft Fondu demək olar ki, hər gün Mərkəzi Bankın təşkil etdiyi hərraclarda 50 milyon həcmində dollar satıb. Iyunun yekununda 450 milyon dollar həcmində “neft valyutası” satılıb.

“Interfax-Azerbaijan”ın hesablamalarına görə, Neft Fondu bu məqsədlə 2 milyard 436,9 milyon dollar ayırıb. 2016-cı ilin 1-ci rübündə ümumi məbləği 1 milyard 253 milyon, 2-ci rübdə 1 milyard 183,9 milyon həcmində valyuta satılıb.

Iqtisadçı-ekspert Samir Əliyev deyir ki, yanvardan başlayan hərraclarda Mərkəzi Bank yanvar-fevral aylarında iştirak etsə də, martda iştirak etməyib. Mərkəzi Bank aprel-may aylarında dollar alışına keçib. Iyunda da eyni tendensiya müşahidə edilib: “Bunun səbəbi aprel-may ayında bankların dollara tələbatının olmaması, Mərkəzi Bankın da bazarda iştirak etməməsidir. Ilk səbəb tələbatın çox yüksək olmamasıdır. Ikinci səbəb isə Mərkəzi Bankın öz ehtiyatlarını qorumasıdır. Mərkəzi Bankın valyuta ehtiyatları əriyərək 4 milyarda çatmışdı. Mərkəzi Bankın məqsədi hər bir halda, öz valyuta ehtiyatını qorumaqdır. Nəticədə müəyyən ajiotaj yaranır, manata təzyiq artır. Mərkəzi Bank da bazarda iştirak etməməyə üstünlük verir. Həmçinin, inzibati mexanizmlər tətbiq etməklə, yəni pul kütləsini azaltmaqla dollara tələbatı azaldır. Bu üsul effekt verməsə, Mərkəzi Bank bazarda iştirak edəcək”.

Nigar